İranda 4,7 maqnitudada zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytı məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri İranın cənubunda təxminən 352 min nəfər əhalisi olan Bəndər-Abbas şəhərindən 62 km şimal-şərqdə yerin 10 km. dərinliyində qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Bizim.Media