Sahibə Qafarova Ermənistanın yalanlarını İFŞA ETDİ 

Milli Məclisin sədri Sahibə Qafarova Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən MDB iştirakçısı olan Dövlətlərin Parlamentlərarası Assambleyasının 56-cı plenar iclasında çıxışında Ermənistan tərəfinin yalanlarını növbəti dəfə ifşa edib. 

Bu barədə Bizim.Media-ya Milli Məclisdən məlumat verilib. 

Spiker bildirib ki, Azərbaycan 2020-ci ildə öz torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra Ermənistanla beynəlxalq hüququn prinsiplərinə əsaslanan sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış edib.

Lakin Qarabağı sözdə Azərbaycan ərazisi kimi tanıyan Ermənistan təəssüf ki, bu üç il ərzində siyasi və hərbi təxribatlarla məşğul olub.

Ermənistan nəinki Üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməyərək, öz silahlı qüvvələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmayıb, həm də oraya silah, sursat və hərbi qulluqçuların daşınmasını davam etdirib. 

Sahibə Qafarova qeyd edib ki, işğal dövründə basdırdığı və sayı milyondan çox olan minalarla yanaşı, Ermənistan işğaldan azad edilmiş əraziləri də minalamaqda davam edib.
Bu il sentyabrın 2-də Ermənistanın baş naziri Azərbaycanın qanuni ərazilərində Ermənistanın yaratdığı və fəal şəkildə dəstəklədiyi separatçı rejimi qondarma “müstəqillik” günü münasibətilə təbrik edib. Sentyabrın 9-da isə bu qeyri-qanuni qurum qondarma “prezident seçkiləri” keçirib.

Bu addımları Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlmiş təxribatçı addımlar kimi qiymətləndirən Milli Məclisin sədri vurğulayıb ki, 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin işğaldan azad edilmiş torpaqlarımıza qəsdən yerləşdirdiyi minaların partlaması nəticəsində 6 mülki şəxs və polis əməkdaşı həlak olub.

Ümumiyyətlə isə, müharibədən sonrakı dövrdə mina partlayışları nəticəsində 340-a yaxın insan həlak olub və ya yaralanıb. 

Çıxışında bu ilin sentyabr ayında həyata keçirilən antiterror tədbirləri barədə də məlumat verən Milli Məclisin sədri vurğulayıb ki, bu tədbirlər Azərbaycanın öz Konstitusiya quruluşunu bərpa etmək və qanunsuz silahlı birləşmələri zərərsizləşdirmək məqsədi daşımışdır. 23 saat ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində Ermənistanın Qarabağdakı ordusu tam tərksilah edilib, Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimə son qoyaraq, beynəlxalq səviyyədə tanınmış ərazisi üzərində suverenliyini tam bərpa edib. 

Spiker Sahibə Qafarova xüsusilə vurğulayıb ki, antiterror tədbirləri zamanı Azərbaycan beynəlxalq humanitar hüquqa tam uyğun hərəkət edib. Belə ki, bu tədbirlər zamanı mülki əhaliyə və mülki infrastruktura heç bir ziyan dəyməyib.

Eləcə də, heç bir “etnik təmizləmə”, ermənilərin Qarabağdan məcburi köçürülməsi ilə bağlı bir fakt belə qeydə alınmayıb. Bunu bölgəyə səfər etmiş iki BMT missiyası da təsdiqləyib.
Bu aşkar faktlara baxmayaraq, Ermənistanın hələ də Azərbaycana qarşı yalan və əsassız ittihamlar əsasında beynəlxalq ictimaiyyəti aldatmaqda davam etdiyini söyləyən Sahibə Qafarova, Ermənistanın iddialarının yalan olduğunu bir daha bəyan edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xəzər dənizi ilə bağlı interaktiv xəritə-sxemi HAZIRLANACAQ

Xəzər dənizi ilə bağlı interaktiv xəritə-sxemi HAZIRLANACAQ

Ukrayna səfiri Macarıstan XİN-ə ÇAĞIRILDI

Ukrayna səfiri Macarıstan XİN-ə ÇAĞIRILDI

“Turan Tovuz” bu futbolçunu GERİ QAYTARDI

“Turan Tovuz” bu futbolçunu GERİ QAYTARDI

Qəbələdə BƏDBƏXT HADİSƏ: Daş karxanasında çalışan fəhlə həyatını itirdi

Qəbələdə BƏDBƏXT HADİSƏ: Daş karxanasında çalışan fəhlə həyatını itirdi

Yanvarın sonunda bu bürclər vacib bir suala CAVAB ALACAQLAR

Yanvarın sonunda bu bürclər vacib bir suala CAVAB ALACAQLAR

Bakı buxtasının təmizlənməsi üçün təxirəsalınmaz Tədbirlər Planı HAZIRLANACAQ

Bakı buxtasının təmizlənməsi üçün təxirəsalınmaz Tədbirlər Planı HAZIRLANACAQ

“Qarabağ”la oyunun məşqində iştirak etmədilər - Slot problemlə ÜZLƏŞDİ

“Qarabağ”la oyunun məşqində iştirak etmədilər - Slot problemlə ÜZLƏŞDİ

Nazirlər Kabinetində Xəzərin və Bakı buxtasının ekoloji vəziyyətinə dair iclas KEÇİRİLDİ - FOTO

Nazirlər Kabinetində Xəzərin və Bakı buxtasının ekoloji vəziyyətinə dair iclas KEÇİRİLDİ - FOTO

Goranboy Rayon İcra Hakimiyyətində YENİ TƏYİNATLAR

Goranboy Rayon İcra Hakimiyyətində YENİ TƏYİNATLAR

PA-nın Vətəndaş Qəbulu Mərkəzində fevral ayının qəbul CƏDVƏLİ

PA-nın Vətəndaş Qəbulu Mərkəzində fevral ayının qəbul CƏDVƏLİ

Paytaxtın bəzi küçə və prospektlərində TIXAC VAR

Paytaxtın bəzi küçə və prospektlərində TIXAC VAR

Elçin Məsiyev Avropa Liqasına TƏYİNAT ALDI

Elçin Məsiyev Avropa Liqasına TƏYİNAT ALDI

Almaniya Rusiya ilə müharibəyə hazırlaşır?

Almaniya Rusiya ilə müharibəyə hazırlaşır?

Şəmkirdə dərədən meyiti tapılan 56 yaşlı kişini oğlu öldürüb? - VİDEO

Şəmkirdə dərədən meyiti tapılan 56 yaşlı kişini oğlu öldürüb? - VİDEO

Məhkəmə Ədalət Verdiyevlə bağlı qərar verdi

Məhkəmə Ədalət Verdiyevlə bağlı qərar verdi

Pezeşkian qubernatorlara əmr verdi: Etirazçılarla, ölənlərin ailələrilə görüşün!

Pezeşkian qubernatorlara əmr verdi: Etirazçılarla, ölənlərin ailələrilə görüşün!

Bölgələrdə İŞ imkanları nə yerdədir? – Rəsmi AÇIQLAMA

Bölgələrdə İŞ imkanları nə yerdədir? – Rəsmi AÇIQLAMA

“Kəpəz”in legioneri niyə Azərbaycana qayıtmır? – Baş məşqçidən AÇIQLAMA

“Kəpəz”in legioneri niyə Azərbaycana qayıtmır? – Baş məşqçidən AÇIQLAMA

ABŞ kəşfiyyatı: İran rejimi 1979-cu ildən bəri ən zəif vəziyyətdədir

ABŞ kəşfiyyatı: İran rejimi 1979-cu ildən bəri ən zəif vəziyyətdədir

Qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Nazirlik teatrlardakı struktur dəyişikliklərinə aydınlıq gətirdi

Nazirlik teatrlardakı struktur dəyişikliklərinə aydınlıq gətirdi

Nazir direktoru işdən çıxardı – YENİ TƏYİNAT

Nazir direktoru işdən çıxardı – YENİ TƏYİNAT

Mehriban Ələkbərzadə vəzifəsindən azad edilib – ÖZÜ TƏSDİQLƏDİ

Mehriban Ələkbərzadə vəzifəsindən azad edilib – ÖZÜ TƏSDİQLƏDİ

“Neftçi” qapıçısı ilə müqaviləni UZATDI

“Neftçi” qapıçısı ilə müqaviləni UZATDI

End of content

No more pages to load

RADİO