De Byazi: “Heç kim deyə bilməz ki, mübarizə aparmırıq” 

Azərbaycan milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində sabah bakıda İsveç seçməsini qəbul edəcək. 

Bizim.Media xəbər verir ki, millimizin baş məşqçisi Canni De Byazi matçdan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Eminə verilən sual düzgün deyil. Heç kim deyə bilməz ki, mübarizə aparmırıq,  meydanda ürəyimizi qoymuruq. Güclü rəqiblərə qarşı oynayırıq. Belə matçlarda uduzmaq normaldır. Təbii ki, səhvlər olur və bu, bizə baha başa gəlir. Azərbaycan millisi tarixində ilk dəfədir ki, 5 komandanın yer aldığı qrupda 4-cü yerdədir. Belə bir şey heç vaxt olmayıb. 

- Burada çalışdığınız üç il ərzində nələri dəyişdiniz? 

- Təbii ki, inkişaf çox olub. Bu, özünü meydanda göstərir. Hər oyunda maksimumumuzu veririk. Mənə də xoş olar ki, hər qarşılaşmada qələbə qazanaq. Amma belə rəqiblərlə matçlarda bu, mümkün deyil. Avstriya və Belçika ilə görüşlərdə son dəqiqələrə kimi mübarizə aprdıq. Avstriyaya son saniyələrdə qol da vura bilərdik. Yalnız futboldan başı çıxmayan adam deyə bilər ki, əlimizdən gələni etmirik. 

- Zədəli oyunçular və ilk dəfə milliyə dəvət alanlar var. Onların durumu necədir? 

- Emil Səfərovun zədəsi var. Həkimlə danışmışam. O, yaxşı futbolçudur. Gələcəkdə milliyə çox köməyi dəyəcək. Sabaha hazır olmayacaq. Ola bilər ki, Belçikaya qarşı oynasın. Yenilərə gəlincə, çalışıram hamıya şans verim. Bütün oyunçular bizim üçün vacibdir. Belçika ilə oyunda heyətdə dəyişikliklər ola bilər. Hər iki görüşdə meydanda var gücümüzü qoymalıyıq. Milliyə 27 futbolçu dəvət etrməyimiz səbəbi odur ki, 4 oyunçumuz sarı vərəqə limitindədir. 

- İsveçlə aramızda 3 xal fərq var və bu, son ev oyunumuzdur. Bu amil sizə nə dərəcədə stimul verir? 

- Sabah udsaq, riyazi olaraq İsveçə çatırıq. Qələbə üçün əlimizdən gələni edəcəyik. 

- Hücumçular qol vura bilmir. Sabah necə olacaq? 

- Hamıdan qol gözləyirəm, tək hücumçulardan yox. Bu, mental məsələdir. Təbii ki, hücumçular qapıya daha yaxın oynayır, onlar qol vurmağa daha yaxındır.  

- Musa Qurbanlı klubunda 7-8 oyundur ki, qol vura bilmir. Onunla söhbət etmisiz? Psixoloji durumu necədir? 

- Hər şey yaxşıdır. Ona çox ümid bəsləyirik, gənc oyunçudur. Bu il yeni təcrübəyə başlayıb. Cərimə meydançasında çox yaxşıdır,  qol duyumu var. Ümid edirəm ki, gələcəkdə daha çox qollar vurar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

End of content

No more pages to load

RADİO