Ararat Mirzoyanın Britaniyadan qeyri-müəyyən ümidləri - YANLIŞ YERƏ GEDİB

Ermənistan 44 günlük müharibədən və 2023-cü il sentyabrın 19-20-də antiterror tədbirlərindən sonra formalaşmış reallıqları inadla qəbul etmir. Öz siyasəti ucbatından çıxılmaz vəziyyətə düşən İrəvan ənənəvi olaraq beynəlxalq ictimaiyyəti daha da çaşdırmağa çalışır. İndi isə  “Azərbaycanın etnik təmizləməsinə görə 100 min erməninin Qarabağdan məcburi köçürülməsi” ilə bağlı yeni mif tətbiq edir. İrəvanın nöqsanlı siyasətini nəzərə alsaq, yeni mif daha çox bütün ermənilərin və onlara rəğbət bəsləyən hər kəsin şüarına çevrilmiş “Aclıqdan ölən 120 minlik Qarabağ ermənisi haqqında” əvvəlki uydurmaların davamıdır.

Bizim.Media "caliber.az" saytına istinadən xəbər verir ki, bu həftə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan səfirliyinin yeni binasının açılış mərasimində iştirak etmək üçün rəsmi səfər çərçivəsində Londonda Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Doçerti ilə görüşdə analoji gündəliyi təqdim edib. 

Erməni diplomatiyasının rəhbəri Ermənistanla Böyük Britaniya arasında strateji dialoqu nəzərdə tutan münasibətlərin yeni səviyyəyə qalxmasından təmtəraqla danışmaqla yanaşı, Azərbaycan ünvanına bir sıra təxribat xarakterli bəyanatlar vermək fürsətini də əldən verməyib.

Mirzoyan xüsusilə, bu ilin oktyabrında Qranadada Azərbaycan prezidentinin iştirakdan imtina etdiyi dördtərəfli görüşün yekunlarına dair bəyanata diqqət çəkməyə çalışıb, həmçinin bədnam “Sülhün kəsişməsi”ni xatırlatmaqdan çəkinməyib. Erməni tərəfi bunu boş yerə sülhün vacib hissəsi kimi təqdim etmək istəyir.

Xatırladaq ki, bu layihəni ötən ayın sonunda Tbilisidə keçirilən “İpək Yolu” beynəlxalq forumunda Ermənistanın baş naziri Nikol Paşinyan təqdim edib. Orada çıxış edən baş nazir forum iştirakçılarını inandırmağa çalışıb ki, bu layihənin mahiyyəti avtomobil və dəmir yolları vasitəsilə Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında kommunikasiyaları inkişaf etdirməkdir. 

Lakin rəsmi Bakı yaxşı bilir ki, hər şey daha bayağıdır və bu təşəbbüs Ermənistanda yeganə məqsədlə irəli sürülüb ki, Zəngəzur dəhlizinin açılması qeyri-müəyyən müddətə təxirə salınsın. Ona görə də Azərbaycan artıq Ermənistandan yan keçməklə İran üzərindən Türkiyə ilə sərhədə çıxışı olan Naxçıvana yolun tikintisinə başlamaqla müvafiq addımlar atıb.
Ermənistanın mühüm bir nüansı əldən verdiyi isə göz qabağındadır. Məsələ burasındadır ki, Böyük Britaniyanın özü Zəngəzur dəhlizinin açılmasında maraqlıdır, çünki Rusiya və İrandan yan keçməklə enerji resurslarının bu dəhliz vasitəsilə nəqli xeyli asandır. Ona görə də Mirzoyanın Doçertidən istədiyi reaksiyanı almaması təəccüblü deyil, necə deyərlər, erməni dələduzluğu işə yaramayıb. 

Nazirin Qranada görüşü ilə bağlı verdiyi açıqlamalarına gəlincə, bu məsələdə də o, tam uğursuzluqla üzləşib. Gəlin xatırladaq ki, Britaniya Fransa deyil və Ermənistanla münaqişədə Azərbaycanla bağlı mövqeyini kifayət qədər aydın şəkildə ortaya qoyub. Ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və Böyük Britaniya hökuməti Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyir.

Ermənistan unudub ki, 2020-ci ilin noyabrında BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Təhlükəsizlik Şurası sədrinin adından hazırlanmış və Azərbaycana qarşı yönəlmiş bəyanat layihəsini bloklayan məhz London olub.

Beləliklə, Mirzoyanın London görüşünün nəticələrinə yekun vursaq, onun erməni diplomatiyası üçün açıq-aşkar uğursuzluğa düçar olduğunu iddia etmək olar, lakin bu, İrəvanın digər Avropa platformalarında növbəti təxribatlarının qarşısını ala bilməyəcək.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həkimlər xəbərdarlıq etdi: Bu heyvanla təmas etməyin!

Həkimlər xəbərdarlıq etdi: Bu heyvanla təmas etməyin!

Lənkəranda DƏHŞƏTLİ QƏZA: Məktəbli bacı-qardaş həlak oldu

Lənkəranda DƏHŞƏTLİ QƏZA: Məktəbli bacı-qardaş həlak oldu

Bu rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Bu rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Parfümünüzün xarab olduğunu necə anlaya bilərsiniz?

Parfümünüzün xarab olduğunu necə anlaya bilərsiniz?

ABŞ Nümayəndələr Palatasının komitəsi anti-Azərbaycan düzəlişlərini RƏDD ETDİ

ABŞ Nümayəndələr Palatasının komitəsi anti-Azərbaycan düzəlişlərini RƏDD ETDİ

“Biz gedəndən sonra sinfi bölüblər” - Video

“Biz gedəndən sonra sinfi bölüblər” - Video

Şikayətlər artır, aktivlər azalır – “Yelo Bank”da nə BAŞ VERİR? – ARAŞDIRMA

Şikayətlər artır, aktivlər azalır – “Yelo Bank”da nə BAŞ VERİR? – ARAŞDIRMA

Oktyabrı bolluq və bərəkət içində yaşayacaq 5 BÜRC

Oktyabrı bolluq və bərəkət içində yaşayacaq 5 BÜRC

Bəşəriyyət üçün fəlakət gəlir: Okeanın “ürək döyüntüsü” dayandı

Bəşəriyyət üçün fəlakət gəlir: Okeanın “ürək döyüntüsü” dayandı

Azərbaycanda dövlət pensiyasından əlavə pul almaq mümkün olacaq – VİDEO

Azərbaycanda dövlət pensiyasından əlavə pul almaq mümkün olacaq – VİDEO

Çempionlar Liqası: “Qalatasaray” böyük hesabla məğlub oldu – VİDEO

Çempionlar Liqası: “Qalatasaray” böyük hesabla məğlub oldu – VİDEO

ŞAD XƏBƏR: Yeni yol çəkilir - Bakıya tıxacsız gedəcəksiniz

ŞAD XƏBƏR: Yeni yol çəkilir - Bakıya tıxacsız gedəcəksiniz

Bu meyvə xərçəngin düşmənidir

Bu meyvə xərçəngin düşmənidir

Dollarla bağlı GÖZLƏNİLMƏZ QƏRAR – “Bu məhsullar BAHALAŞACAQ”

Dollarla bağlı GÖZLƏNİLMƏZ QƏRAR – “Bu məhsullar BAHALAŞACAQ”

Bu gün “Formula 1” Azərbaycan Qran-prisinə START VERİLƏCƏK

Bu gün “Formula 1” Azərbaycan Qran-prisinə START VERİLƏCƏK

BİZİM TƏQVİM:19 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:19 sentyabrda baş vermiş tarixi hadisələr

“Barselona” düşərgəsindən milliyə NARAZILIQ

“Barselona” düşərgəsindən milliyə NARAZILIQ

Buna görə illərdir imicini DƏYİŞMİR

Buna görə illərdir imicini DƏYİŞMİR

Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması müzakirə olundu

Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması müzakirə olundu

Dünya çempionatında 1/8 finalçılar MÜƏYYƏNLƏŞDİ

Dünya çempionatında 1/8 finalçılar MÜƏYYƏNLƏŞDİ

Gec yatanlar risk altındadır - DİQQƏT

Gec yatanlar risk altındadır - DİQQƏT

Flora Kərimova uzun müddət sonra GÖRÜNTÜLƏNDİ - VİDEO

Flora Kərimova uzun müddət sonra GÖRÜNTÜLƏNDİ - VİDEO

Millimizin futbolçusu ƏMƏLİYYAT OLUNDU

Millimizin futbolçusu ƏMƏLİYYAT OLUNDU

İndoneziyada da GÜCLÜ ZƏLZƏLƏ oldu

İndoneziyada da GÜCLÜ ZƏLZƏLƏ oldu

End of content

No more pages to load

RADİO