Avropa İttifaqı (Aİ) Ermənistanla Azərbaycan arasında danışıqların bərpa olunmasına çağırış edib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozep Borrell Aİ Xarici İşlər Nazirləri Şurasının iclasından sonra danışıb.
"Sülh müqaviləsinin bağlanmasına ehtiyacımız var və vasitəçilik rolumuzu davam etdirmək niyyətindəyik", - deyə Borrell bildirib.
O həmçinin qeyd edib ki, Aİ Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardım göstərilməsi və vətəndaşları üçün viza rejiminin liberallaşdırılması imkanlarını öyrənir.
Bizim.Media