Gürcüstanın baş naziri İrakli Qaribaşvili Çinin Tbilisidəki səfiri Zhou Qieni yanına çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı gürcü mətbuatı yayıb.
Mənbə yazır ki, baş nazir Gürcüstan prezidenti Salome Zurabişvilinin "Çin lideri Si Cinpin uyğurların soyqırımına görə mühakimə olunmalıdır" sözlərinə görə səfirdən üzr istəyib. Qaribaşvili prezidentin fikirlərini “qəti şəkildə qəbuledilməz” və “qəzəb doğuran” adlandırıb.
Həmçinin qeyd edib ki, deyilənlər Gürcüstan hökumətinin və xalqının Çinə münasibətinə tamamilə ziddir.
Gürcüstan Nazirlər Kabinetinin rəhbəri vurğulayıb ki, Zurabişvili ilk dəfə deyil ki, konstitusiyanı pozur və bəzi fəaliyyəti ilə ölkənin dövlət maraqlarına zərər verir.
Eyni zamanda o, Gürcüstan prezidentinin bəyanatlarının Tbilisi ilə Pekin arasında inkişaf edən münasibətlərə xələl gətirməyəcəyinə ümid etdiyini bildirib.
Xatırladaq ki, Zurabişvili Fransaya Gürcüstan hökuməti ilə razılaşdırılmayan səfəri zamanı müvafiq bəyanatla çıxış edib.
Bizim.Media