İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani bölgədəki ABŞ qüvvələrinə qarşı hücumların heç birində İranın iştirak etmədiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə o, CNN-ə danışıb.
İrəvani İraq və Suriyada ABŞ qüvvələrinə qarşı həyata keçirilən hücuma oradakı qruplar tərəfindən qərar verildiyini deyib.
O, əlavə edib ki, İsrail-HƏMAS münaqişəsi ilə bağlı amerikalı həmkarı ilə heç bir danışıqlar aparmayıb.
Məhərrəm Əliyev, Bizim.Media