Rusiya prezidenti Vladimir Putin Qazaxıstana səfərindən sonra gecə saatlarında Rostovdakı Cənub Hərbi Dairəsinin qərargahına baş çəkib.
Bizim.Media xəbər verir ki, Putin müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşüb.
Rusiya liderinin keçirdiyi görüşlərdə Ukrayna müharibəsində rus ordusuna komandanlıq edən şəxslər də iştirak edib.
Putin Şoyqu və Gerasimovdan Ukraynadakı müharibənin son vəziyyəti ilə bağlı məlumat alıb, həmçinin yeni hərbi maşınlara da baxıb.
Məhərrəm Əliyev, Bizim.Media