ABŞ-ın İraqda yerləşən hərbi bazasına raket hücumu olunub.
Bizim.Media xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Bildirilib ki, İraqın qərbində yerləşən Ənbar əyalətində ABŞ-ın Ayn əl-Əsəd bazasına iki raket hücumu həyata keçirilib. Daha sonra bazaya kamikadze dronları tərəfindən hücum edilib.
ABŞ hərbçiləri pilotsuz təyyarələrin hücumunun qarşısını ala bilib.
Bizim.Media