Ermənistan Baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan Fransaya işgüzar səfərə gediblər.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Onun bu gün Fransa prezidenti Emmanuel Makronla görüşü və Parisdə keçiriləcək “6-cı Sülh Konfransı”nda iştirak edəcəyi gözlənilir.
Bizim.Media