Elçin Əmirbəyov: “Sülh sazişi yalnız Ermənistanın ciddi öhdəliyi ilə mümkündür”

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ancaq İrəvan hökumətinin sülh prosesində öz iştirakını imitasiya etməyi dayandıracağı, Azərbaycanın bir il əvvəl təqdim etdiyi və beynəlxalq hüququn beş əsas prinsipinə əsaslanan layihə üzərində konstruktiv şəkildə məşğul olacağı halda mümkün olacaq. 

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın “Adnkronos” nəşrinə müsahibəsində deyib. 

Elçin Əmirbəyov sülh sazişinin müsbət nəticəsinin ikili yanaşma ilə çıxış edən Ermənistan hakimiyyətinin səmimiyyət səviyyəsindən asılı olacağını bildirib. Çünki Ermənistan tərəfi bir tərəfdən sülh sazişini yekunlaşdırmaq istəyindən danışır, digər tərəfdən isə Azərbaycana qarşı diplomatik müharibəyə başlayıb. 

“Son günlərdə İtaliyada səfərdə olan Ermənistan hakimiyyətinin nümayəndələri BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti, Avropa İttifaqı kimi müxtəlif beynəlxalq platformalardan sui-istifadə edir və məsələni siyasiləşdirir. İrəvan bununla bütün maraqlı tərəflərin diqqətini nəinki əsas yoldan yayındırır, həm də prosesi çıxılmaz vəziyyətə salır.
Sülh sazişinin əldə olunması üçün Ermənistan əvvəllər götürdüyü öhdəlikləri yerinə yetirməli və verdiyi vədlərə əməl etməlidir. Ermənistan paralel yollarda öz dar siyasi məqsədlərini həyata keçirməyə çalışmaqdan əl çəkməli və ən yüksək səviyyədə sülh sazişi layihəsi ilə bağlı yenidən danışıqlara başlamalıdır”, - deyə Azərbaycan rəsmisi vurğulayıb. 

Elçin Əmirbəyov Ermənistanın Qarabağda etnik təmizləmə və soyqırımı ilə bağlı ölkəmizə qarşı irəli sürdüyü ittihamların tamamilə əsassız olduğunu bildirib: “Məhz Ermənistan 30 il ərzində bu ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib. 1992-ci il fevralın 26-da Ermənistan tərəfindən Azərbaycan vətəndaşlarının məskunlaşdığı Xocalı şəhəri tamamilə yerlə-yeksan edilib. Bir gecədə 613 azərbaycanlı, o cümlədən qadınlar, qocalar və uşaqlar qətlə yetirilib və soyqırımı törədilib”. 

O, Azərbaycanın ölkəmizin bütün vətəndaşlarına, o cümlədən Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin hüquqlarına hörmət etdiyini vurğulayıb.

Ölkəmizin Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi yenidənqurma və bərpa işlərinin məqsədinin Ermənistanın təxminən otuzillik işğalı zamanı törətdiyi dağıntıların nəticələrini aradan qaldırmaq olduğu bildirilib:

“Azərbaycan hökuməti işğaldan azad olunan ərazilərdə infrastrukturun yenidən qurulmasına 7 milyard dollardan çox vəsait xərcləyib. Lakin biz hələ də piyada və tank əleyhinə minalar, digər partlamamış hərbi sursatlarla çirkləndirilmiş bu ərazilərdə böyük problemlə üzləşirik. Ermənistan işğal dövründə bu ərazilərə 1,5 milyona yaxın piyada əleyhinə mina yerləşdirib. Azərbaycan tərəfində mina qurbanların sayı durmadan artır. Atəşkəsin əldə olunmasından bu günə kimi Azərbaycan mina terroru nəticəsində 337 itki verib”. 

Azərbaycan-İtaliya münasibətlərindən bəhs edən Elçin Əmirbəyov hazırda yüksək səviyyədə olan iki ölkə əlaqələrinin əla siyasi dialoqa, çox fəal və canlı iqtisadi əməkdaşlığa əsaslandığını bildirib: “Əməkdaşlığımız təkcə təbii qaz tədarükü ilə məhdudlaşmır. Lakin bu, tərəfdaşlığımızın mühüm hissəsini təşkil edir.
Biz İtaliya ilə iqtisadi və ticarət əməkdaşlığımızı genişləndirmək və şaxələndirmək imkanlarını araşdırırıq. Azərbaycan İtaliyanı Avropa İttifaqında özünün əsas tərəfdaşlarından biri hesab edir. Əməkdaşlığın digər sahələrindən biri də təhsildir ki, biz Bakıda İtaliya-Azərbaycan Universiteti layihəsini reallaşdırırıq. Həmçinin kənd təsərrüfatı, müdafiə və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdıra bilərik. Mövcud əməkdaşlığın inkişafı üçün potensial böyükdür. Çünki hər iki tərəfdə xoş niyyət və əlverişli mühit var”. 

O, həmçinin Azərbaycanın Yaxın Şərqdə atəşkəsin mümkün qədər tez əldə olunmasını istədiyini qeyd edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hansı universitetlərdə dərslər 4 gün OLACAQ? - Rəsmi AÇIQLAMA

Hansı universitetlərdə dərslər 4 gün OLACAQ? - Rəsmi AÇIQLAMA

DYP-dən sürücülərə MÜRACİƏT

DYP-dən sürücülərə MÜRACİƏT

Həkimlər xəbərdarlıq etdi: Bu heyvanla təmas etməyin!

Həkimlər xəbərdarlıq etdi: Bu heyvanla təmas etməyin!

Lənkəranda DƏHŞƏTLİ QƏZA: Məktəbli bacı-qardaş həlak oldu - FOTO

Lənkəranda DƏHŞƏTLİ QƏZA: Məktəbli bacı-qardaş həlak oldu - FOTO

Bu rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Bu rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Parfümünüzün xarab olduğunu necə anlaya bilərsiniz?

Parfümünüzün xarab olduğunu necə anlaya bilərsiniz?

ABŞ Nümayəndələr Palatasının komitəsi anti-Azərbaycan düzəlişlərini RƏDD ETDİ

ABŞ Nümayəndələr Palatasının komitəsi anti-Azərbaycan düzəlişlərini RƏDD ETDİ

“Biz gedəndən sonra sinfi bölüblər” - Video

“Biz gedəndən sonra sinfi bölüblər” - Video

Şikayətlər artır, aktivlər azalır – “Yelo Bank”da nə BAŞ VERİR? – ARAŞDIRMA

Şikayətlər artır, aktivlər azalır – “Yelo Bank”da nə BAŞ VERİR? – ARAŞDIRMA

Oktyabrı bolluq və bərəkət içində yaşayacaq 5 BÜRC

Oktyabrı bolluq və bərəkət içində yaşayacaq 5 BÜRC

Bəşəriyyət üçün fəlakət gəlir: Okeanın “ürək döyüntüsü” dayandı

Bəşəriyyət üçün fəlakət gəlir: Okeanın “ürək döyüntüsü” dayandı

Azərbaycanda dövlət pensiyasından əlavə pul almaq mümkün olacaq – VİDEO

Azərbaycanda dövlət pensiyasından əlavə pul almaq mümkün olacaq – VİDEO

Çempionlar Liqası: “Qalatasaray” böyük hesabla məğlub oldu – VİDEO

Çempionlar Liqası: “Qalatasaray” böyük hesabla məğlub oldu – VİDEO

ŞAD XƏBƏR: Yeni yol çəkilir - Bakıya tıxacsız gedəcəksiniz

ŞAD XƏBƏR: Yeni yol çəkilir - Bakıya tıxacsız gedəcəksiniz

Bu meyvə xərçəngin düşmənidir

Bu meyvə xərçəngin düşmənidir

Dollarla bağlı GÖZLƏNİLMƏZ QƏRAR – “Bu məhsullar BAHALAŞACAQ”

Dollarla bağlı GÖZLƏNİLMƏZ QƏRAR – “Bu məhsullar BAHALAŞACAQ”

Bu gün “Formula 1” Azərbaycan Qran-prisinə START VERİLƏCƏK

Bu gün “Formula 1” Azərbaycan Qran-prisinə START VERİLƏCƏK

BİZİM TƏQVİM:19 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:19 sentyabrda baş vermiş tarixi hadisələr

“Barselona” düşərgəsindən milliyə NARAZILIQ

“Barselona” düşərgəsindən milliyə NARAZILIQ

Buna görə illərdir imicini DƏYİŞMİR

Buna görə illərdir imicini DƏYİŞMİR

Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması müzakirə olundu

Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması müzakirə olundu

Dünya çempionatında 1/8 finalçılar MÜƏYYƏNLƏŞDİ

Dünya çempionatında 1/8 finalçılar MÜƏYYƏNLƏŞDİ

Gec yatanlar risk altındadır - DİQQƏT

Gec yatanlar risk altındadır - DİQQƏT

Flora Kərimova uzun müddət sonra GÖRÜNTÜLƏNDİ - VİDEO

Flora Kərimova uzun müddət sonra GÖRÜNTÜLƏNDİ - VİDEO

End of content

No more pages to load

RADİO