Qurban Qurbanov: “Rəqibin oyununu pozmağa, sonra öz oyunumuzu göstərməyə çalışacağıq”

"Çox ciddi komandaya qarşı oynayırıq. İlk oyunda böyükhesablı məğlubiyyət olmasına baxmayaraq, futbolçularım ruhdan düşmədilər. Demək olar ki, oyuna heç də pis hazırlaşmamışıq. Sadəcə bu komandaya qarşı çox dinamik oynamalı və diqqətli olmalıyıq. Çünki hazırda Avropanın topla bacarıqlı davranan, dinamik, sürətli komandası ilə oynayacağıq". 

Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Bayer"lə matç öncəsi keçirilən mətbuat konfransında deyib. 

O, Leverkuzen təmsilçisinin çox yaxşı oyun fəlsəfəsinin olduğunu bildirib:

"Rəqib oyun fəlsəfələrini düzgün icra edən oyunçulara sahibdir. "Bayer"lə tam tanış olduq. Futbolçulara rəqibi tanıtdıq, analiz etdik. Sabah öz doğma meydanımızda, azarkeşlərimizin qarşısında istəyirik ki, yaxşı, mübariz oyun göstərək. Futbolçularımın bunu bacaracağına şübhə etmirəm. Ən azından çalışcağıq ki, azarkeşlərimiz oyundan razı qalsınlar". 

Mütəxəssis 8 Noyabr - Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib:

“Hər kəsin bayramını təbrik edirəm. Bunun futbolçulara təsiri istər-istəməz olur, daha yaxşı oynamağa çalışırlar. Bəzən isə belə amillər oyunçulara əks təsir göstərə bilər. Həddən artıq aqressivlik mane ola bilər. Rəqibə uyğun oyun qurmalı və “Bayer"ın üstün cəhətlərinin qarşısını almalıyıq”. 

Q.Qurbanov Leverkuzen klubunun Bakıda məşqə çıxmaması, baş məşqçi Xabi Alonsonun mətbuat konfransında iştirak etməməsinin rəqibin arxayınlığı ilə bağlı olub-olmaması ilə bağlı söyləyib:  

Yox, düşünməzdim. Sadəcə belə proqram tutublar. Belə hallar bəzən bizdə də olur. Çünki yolun uzanluğunu və sıx qrafiki nəzərə alıb belə addım atırlar. Hər halda, öz mətbuatlarına fikirlərini bildiriblər. Bu komandalar hamıya hörmətlə yanaşırlar. İnanmıram ki, belə düşüncələri olsun". 

O, həmişə öz oyunlarını yaxşılaşdırmağı düşündüklərini deyib:

"Əvvəlcə rəqibin oyununu pozmağa, sonra öz oyunumuzu göstərməyə çalışırıq. Bəzən bu alınmır. İstənilən halda cavab görüşlərində dəyişikliklər olur. Bu dəfə də matçın gedişində dəyişikliklər olacaq. İnanıram ki, bu, faydalı olar”. 

Baş məşqçi daha sonra vurğulayıb:

"Ötən mövsüm Konfrans Liqasında qrupdan çıxdıq. Elə oyunlar var ki, bəzən istədiyimiz alınır, bəzən alınmır. Bu, o demək deyil ki, ilk oyunlara yaxşı hazırlaşırıq, digərlərinə yox. Belə fikir, belə hazırlığımız yoxdur. Əgər şansımız varsa, ondan maksimum istifadə etməyə çalışırıq. Komandanın optimal formada olub-olmamasının zamanları var. Bu gün bütün komandaların şansı var. Çünki hələ qarşıda bir-birimizlə oyunlarımız olacaq. Keçənilki və builki işlərimizi analiz edirik. Çalışacağıq ki, mərhələ adlayaq. Nə dərəcədə alınacaq, zaman göstərəcək". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bərdədə "Mercedes"lə "Lada" toqquşdu: Xəsarət alanlar var

Bərdədə "Mercedes"lə "Lada" toqquşdu: Xəsarət alanlar var

Göyçayda kişini ilan sancdı

Göyçayda kişini ilan sancdı

42 yaşlı general görün kimin oğlu imiş - FOTO

42 yaşlı general görün kimin oğlu imiş - FOTO

Voleybolçu qızlarımız Rumıniya komandasını məğlub etdi

Voleybolçu qızlarımız Rumıniya komandasını məğlub etdi

Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - FOTO

Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - FOTO

Ermənistan 120 hərbçisini itirib

Ermənistan 120 hərbçisini itirib

Kəlbəcərin ilk və yeganə məzunu tələbə adını QAZANDI - FOTO

Kəlbəcərin ilk və yeganə məzunu tələbə adını QAZANDI - FOTO

Bakıda keçiriləcək dünya çempionatının hakimləri bəlli oldu - FOTO

Bakıda keçiriləcək dünya çempionatının hakimləri bəlli oldu - FOTO

Leyla Əliyeva Buxara Biennalesində - FOTO/VİDEO

Leyla Əliyeva Buxara Biennalesində - FOTO/VİDEO

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tokayev Ermənistana səfər edəcək

Tokayev Ermənistana səfər edəcək

Prezident ailəsinin İsmayıl Samani türbəsindən FOTOLARI

Prezident ailəsinin İsmayıl Samani türbəsindən FOTOLARI

Nərgiz Cəlilova efirə qayıdır

Nərgiz Cəlilova efirə qayıdır

Səudiyyə Ərəbistanına aid tankerə hücum edildi

Səudiyyə Ərəbistanına aid tankerə hücum edildi

Bu ixtisas qrupu qəbulda digərlərini geridə qoydu - Rəqəmlər

Bu ixtisas qrupu qəbulda digərlərini geridə qoydu - Rəqəmlər

Gələn həftə deputatların tətili başa çatır

Gələn həftə deputatların tətili başa çatır

Azərbaycanın təhsil tarixində YENİ REKORD

Azərbaycanın təhsil tarixində YENİ REKORD

"Karvan-Yevlax" təmsilçisindən yeni transfer

"Karvan-Yevlax" təmsilçisindən yeni transfer

İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatdı - FOTO/VİDEO

İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatdı - FOTO/VİDEO

Sürücülərə şad xəbər: Paytaxtın 40 küçəsində təmir bitdi - FOTO

Sürücülərə şad xəbər: Paytaxtın 40 küçəsində təmir bitdi - FOTO

Ukrayna Seymur Salahzadəni Azərbaycana təhvil verir

Ukrayna Seymur Salahzadəni Azərbaycana təhvil verir

Tələbə adını qazananların DİQQƏTİNƏ: Qeydiyyatdan keçməsəniz qəbulunuz LƏĞV OLUNACAQ

Tələbə adını qazananların DİQQƏTİNƏ: Qeydiyyatdan keçməsəniz qəbulunuz LƏĞV OLUNACAQ

Ali məktəblərin boş yerlərinə seçim BU TARİXDƏN başlayır

Ali məktəblərin boş yerlərinə seçim BU TARİXDƏN başlayır

Maradonanın tarix yazan topu rekord qiymətə SATILDI

Maradonanın tarix yazan topu rekord qiymətə SATILDI

End of content

No more pages to load

RADİO