“Qarabağ”ın yaxşı komanda olduğunu bilirəm - Xabi Alonso

"Səfərə 3 xal üçün yollanırıq. Bakıda bizi çox çətin oyun gözləyir”.

Bizim.Media xəbər verir ki, bunu Almaniyanın “Bayer” komandasının baş məşqçisi Xabi Alonso UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri IV tur oyunundan öncə mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis Ağdam təmsilçisinin Azərbaycan Premyer Liqasının XII turunda “Kəpəz”ə 7:1 hesabı ilə qalib gəldiyi matçı izlədiyini bildirib:

“Qarabağ”ın çox yaxşı komanda olduğunu bilirəm. Ancaq bu, ölkə çempionatının oyunu idi. Avropa Liqasında matçlar fərqli keçir. Əminəm ki, “Qarabağ” Leverkuzendəki matçdan fərqli oyun göstərəcək. Almaniyaya uğurlu nəticə ilə qayıtmaq üçün əlimizdən gələni etməliyik”.

İspaniyalı baş məşqçi Bakıdakı matça ciddi itki ilə çıxacaqlarını söyləyib: "Qapını Matey Kovarj qoruyacaq. Edmond Tapsoba isə əməliyyat olunduğu üçün qarşıdakı görüşlərdə bizə kömək edə bilməyəcək. Demək olar ki, hər oyunda dəyişikliklər edirik. Eyni zamanda, fərqli sistemlərdə çıxış etməyi bacarırıq”.

Xabi Alonsonun fikrincə, Bakıya uzun səfər komandasına mənfi təsir etməyəcək: "Bu, bizim üçün yeni hal deyil. Daha uzun yol qət etdiyimiz anlar olub. “Qarabağ” da bura gələndə uzun yol qət etmişdi. Məqsədimiz 3 xal qazanmaqdır. Buna görə də yol amilinin çətinlik törətməyəcəyini düşünürəm”.
Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bərdədə "Mercedes"lə "Lada" toqquşdu: Xəsarət alanlar var

Bərdədə "Mercedes"lə "Lada" toqquşdu: Xəsarət alanlar var

Göyçayda kişini ilan sancdı

Göyçayda kişini ilan sancdı

42 yaşlı general görün kimin oğlu imiş - FOTO

42 yaşlı general görün kimin oğlu imiş - FOTO

Voleybolçu qızlarımız Rumıniya komandasını məğlub etdi

Voleybolçu qızlarımız Rumıniya komandasını məğlub etdi

Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - FOTO

Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - FOTO

Ermənistan 120 hərbçisini itirib

Ermənistan 120 hərbçisini itirib

Kəlbəcərin ilk və yeganə məzunu tələbə adını QAZANDI - FOTO

Kəlbəcərin ilk və yeganə məzunu tələbə adını QAZANDI - FOTO

Bakıda keçiriləcək dünya çempionatının hakimləri bəlli oldu - FOTO

Bakıda keçiriləcək dünya çempionatının hakimləri bəlli oldu - FOTO

Leyla Əliyeva Buxara Biennalesində - FOTO/VİDEO

Leyla Əliyeva Buxara Biennalesində - FOTO/VİDEO

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tokayev Ermənistana səfər edəcək

Tokayev Ermənistana səfər edəcək

Prezident ailəsinin İsmayıl Samani türbəsindən FOTOLARI

Prezident ailəsinin İsmayıl Samani türbəsindən FOTOLARI

Nərgiz Cəlilova efirə qayıdır

Nərgiz Cəlilova efirə qayıdır

Səudiyyə Ərəbistanına aid tankerə hücum edildi

Səudiyyə Ərəbistanına aid tankerə hücum edildi

Bu ixtisas qrupu qəbulda digərlərini geridə qoydu - Rəqəmlər

Bu ixtisas qrupu qəbulda digərlərini geridə qoydu - Rəqəmlər

Gələn həftə deputatların tətili başa çatır

Gələn həftə deputatların tətili başa çatır

Azərbaycanın təhsil tarixində YENİ REKORD

Azərbaycanın təhsil tarixində YENİ REKORD

"Karvan-Yevlax" təmsilçisindən yeni transfer

"Karvan-Yevlax" təmsilçisindən yeni transfer

İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatdı - FOTO/VİDEO

İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatdı - FOTO/VİDEO

Sürücülərə şad xəbər: Paytaxtın 40 küçəsində təmir bitdi - FOTO

Sürücülərə şad xəbər: Paytaxtın 40 küçəsində təmir bitdi - FOTO

Ukrayna Seymur Salahzadəni Azərbaycana təhvil verir

Ukrayna Seymur Salahzadəni Azərbaycana təhvil verir

Tələbə adını qazananların DİQQƏTİNƏ: Qeydiyyatdan keçməsəniz qəbulunuz LƏĞV OLUNACAQ

Tələbə adını qazananların DİQQƏTİNƏ: Qeydiyyatdan keçməsəniz qəbulunuz LƏĞV OLUNACAQ

Ali məktəblərin boş yerlərinə seçim BU TARİXDƏN başlayır

Ali məktəblərin boş yerlərinə seçim BU TARİXDƏN başlayır

Maradonanın tarix yazan topu rekord qiymətə SATILDI

Maradonanın tarix yazan topu rekord qiymətə SATILDI

End of content

No more pages to load

RADİO