Amerikanın nüvə sualtı qayığı “Florida” Fars körfəzinə daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib.
Nəşr yazır ki, sualtı qayıq nüvə mühərriki ilə təchiz olunsa da, o, kütləvi qırğın silahları daşımır.
Qeyd edilib ki, Vaşinqton Tehranı İsrailə dolayı hücumlardan və ya İraq və Suriyadakı Amerika qoşunlarına yeni hücumlardan çəkindirməyə ümid edir.
Bizim.Media