Prezident Mamayı məscidində aparılan işlərlə tanış olub - FOTO/YENİLƏNİB 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada Heydər Əliyev Fondu tərəfindən Mamayı məscidində aparılan bərpa işləri ilə tanış olublar. 

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi. 

Bildirildi ki, bu məscid Şuşa şəhərinin mərkəzi hissəsində yerləşən Mamayı məhəlləsində XIX əsrin sonlarında Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Düzbucaqlı quruluşu olan ikimərtəbəli məscidin sütunlu interyeri var. 

Məhəllə məscidləri kimi Mamayı məscidinin də damında azan vermək üçün taxtadan güldəstə quraşdırılıb. Burada da məscid, bulaq, kiçik meydan, hamam olub. Lakin işğal zamanı onlar da erməni vandalizminə məruz qalıb. Sovet hakimiyyəti illərində isə Mamayı məscidi poeziya evi kimi fəaliyyət göstərib. 

Hazırda məsciddə “PAŞA Holding”in dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən bərpa işləri həyata keçirilir. 

Qeyd olundu ki, bərpa işləri Mamayı bulağını da əhatə edir. Vaxtilə Mamayı məhəlləsindəki bulağın yuxarı hissəsində kitabə olub.

Kitabədə bulağın 1900-cu ildə Səməd ağa Cavanşir tərəfindən tikildiyi yazılmışdır. Ermənilər Şuşanı işğal altında saxladığı dövrdə şəhərdəki bir çox abidələr kimi Mamayı bulağını da erməniləşdirməyə çalışıblar. Bulağın üzərindəki yazılar silinib və yerinə xaç işarəsi həkk olunub.

Bundan başqa, ermənilər saxtakarlıq edərək bulağın daşlarının üzərinə erməni və rus dillərində yazılmış lövhə də həkk ediblər. Aparılacaq işlər zamanı Mamayı məscidinin və bulağın tarixi görkəmi bərpa olunaraq istifadəyə veriləcək. 

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Heydər Əliyev Fondu tərəfindən Çöl Qala məscidində və bulağında aparılan bərpa işləri barədə də məlumat verildi. 

Bildirildi ki, Çöl Qala məscidi XIX əsrdə Şuşa şəhərində fəaliyyət göstərən 17 məsciddən biri olub. Məscid XIX əsrdə Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikdirilib. Məscid minarəsiz formada inşa edilib. Onun forması Şuşa şəhərinin əksər məscidləri kimi düzbucaqlı olub.

Məscidin ümumi girişi asimmetrik şəkildə düzülmüş əsas fasaddan ibarət olub. İbadət ocağının interyeri tamamilə İslam memarlığına uyğundur. Məscidin daxili hissəsi dörd ədəd səkkizguşəli daş sütunla bəzədilib. Bu sütunlar ümumi ibadət zalını üç hissəyə ayırır. 

Məscidin taleyi Şuşa şəhəri 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra şəhərin digər tarixi abidələri kimi olub və bu dini-tarixi abidəmiz də dağıdılaraq talan edilib. 

Çöl Qala məscidinin yaxınlığında məscidin üslubunda tikilən XIX əsrə aid Çöl Qala bulağı yerləşir. Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal ediləndən sonra bulaq da dağıdılıb, daş kitabələri də məhv edilib.

*** 16:04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada Heydər Əliyev Fondu tərəfindən Mamayı məscidində aparılan bərpa işləri tanış olublar. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident və birinci xanım Şuşada “Yasəmən” otelinin açılışında iştirak ediblər











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran yaponiyalı jurnalisti həbsdən azad etdi

İran yaponiyalı jurnalisti həbsdən azad etdi

Cənubi Koreya prezidentinin üzrünə Kim Çen İndən REAKSİYA

Cənubi Koreya prezidentinin üzrünə Kim Çen İndən REAKSİYA

Bakıda mənzillərin artan satış və kirayə QİYMƏTLƏRİ

Bakıda mənzillərin artan satış və kirayə QİYMƏTLƏRİ

İsraildən iranlılara xəbərdarlıq:"Bu gün saat 21.00-a qədər..."

İsraildən iranlılara xəbərdarlıq:"Bu gün saat 21.00-a qədər..."

Aprelin pensiyasını gözləyənlərin NƏZƏRİNƏ

Aprelin pensiyasını gözləyənlərin NƏZƏRİNƏ

Zəngilan sakinlərinə şad xəbər

Zəngilan sakinlərinə şad xəbər

Rusiya məktəblərində QANLI İNSİDENT– Şagird müəllimi bıçaqla öldürdü - VİDEO

Rusiya məktəblərində QANLI İNSİDENT– Şagird müəllimi bıçaqla öldürdü - VİDEO

Rusiya bu “respublika”nı terror təşkilatı ELAN ETDİ

Rusiya bu “respublika”nı terror təşkilatı ELAN ETDİ

“Xamenei huşsuz vəziyyətdədir”

“Xamenei huşsuz vəziyyətdədir”

Sumqayıtda dəm qazından zəhərlənən 5 uşağın vəziyyəti AĞIRDIR

Sumqayıtda dəm qazından zəhərlənən 5 uşağın vəziyyəti AĞIRDIR

Ukraynadan Rusiyanın ən böyük limanına növbəti hücum – VİDEO

Ukraynadan Rusiyanın ən böyük limanına növbəti hücum – VİDEO

“Napoli” “Qarabağ”ın futbolçusundan İMTİNA ETDİ

“Napoli” “Qarabağ”ın futbolçusundan İMTİNA ETDİ

Gürcüstanda azərbaycanlı merin qardaşı TUTULDU

Gürcüstanda azərbaycanlı merin qardaşı TUTULDU

Biləsuvarda evindən meyiti tapılan 41 yaşlı qadının ölümü ilə bağlı TƏFƏRRÜAT – ÖZƏL

Biləsuvarda evindən meyiti tapılan 41 yaşlı qadının ölümü ilə bağlı TƏFƏRRÜAT – ÖZƏL

Bu ərazilərdə su kəsiləcək

Bu ərazilərdə su kəsiləcək

Milli Məclisin növbəti iclasının VAXTI və GÜNDƏLİYİ

Milli Məclisin növbəti iclasının VAXTI GÜNDƏLİYİ

Qaradağda əməliyyat: 5 nəfər tutuldu - VİDEO

Qaradağda əməliyyat: 5 nəfər tutuldu - VİDEO

Bakıda film kimi QƏZA – Nəzarətsiz qalan azyaşlılar bir qadının ölümünə SƏBƏB OLDU

Bakıda film kimi QƏZA – Nəzarətsiz qalan azyaşlılar bir qadının ölümünə SƏBƏB OLDU

Dövlət qurumlarının informasiya sistemlərinə edilən kiberhücumların sayı açıqlandı – FOTO

Dövlət qurumlarının informasiya sistemlərinə edilən kiberhücumların sayı açıqlandı – FOTO

Xocavəndə növbəti köç YOLA SALINDI

Xocavəndə növbəti köç YOLA SALINDI

Bu əməliyyatlar da sığorta hesabına ediləcək – RƏSMİ

Bu əməliyyatlar da sığorta hesabına ediləcək – RƏSMİ

Azərbaycanda kafelər 9-da bağlanacaq? — AÇIQLAMA

Azərbaycanda kafelər 9-da bağlanacaq? — AÇIQLAMA

Rusiya ordusu Ukraynada avtobusa zərbə endirdi: 3 ölü, 12 yaralı var - FOTO

Rusiya ordusu Ukraynada avtobusa zərbə endirdi: 3 ölü, 12 yaralı var - FOTO

BU FÜRSƏT xaricdə işləmək istəyənlər üçündür

BU FÜRSƏT xaricdə işləmək istəyənlər üçündür

End of content

No more pages to load

RADİO