İsrailin Qəzza zolağında HƏMAS-a qarşı əməliyyatı başa çatdırmaq üçün iki-üç həftə vaxtı var.
Bizim.Media "Politico" nəşrinə istinadən xəbər verir ki, bu fikri İsrailin keçmiş baş naziri Ehud Barak səsləndirib.
Onun sözlərinə görə, belə müddət ABŞ tərəfindən diktə olunur.
Ehud Barak qeyd edib ki, Amerika rəsmilərinin ritorikası dəyişir, humanitar pauza çağırışları və vəziyyətin böyük fəlakətli müharibəyə çevriləcəyindən qorxular getdikcə daha çoxalır.
"Fürsət pəncərəsi bağlanır və aydındır ki, hücumla bağlı amerikalılarla fikir ayrılığı artacaq" deyə o vurğulayıb.

Bizim.Media