“Bu saat qardaşımın müalicəsi üçün üstünə nə qədər pul töksən də sağlamlığı geri qayıtmayacaq”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli “Space star” maqazin verilişinə müsahibəsində deyib.
Qardaşının səhhətindən danışan sənətçi bildirib ki, onun hər iki böyrəyi fəaliyyətini dayandırıb:
“Qardaşımın vəziyyəti çox ağırdır. O həm dialez xəstəsidir, həm böyrək çatışmazlığından əziyyət çəkir. Qardaşımın hər iki böyrəyi fəaliyyətini dayandırıb. Ayaqları şişib, böyük ölçüdədir. Qardaşımın bədənindən litrlərlə su çəkirlər. Amma nə qədər o suyu bədəndən xaric etsələr də, yenə bədəninə su dolur. Qardaşım həm də ağır şəkər xəstəsidir. Onun ürəyi cəmi 25 faiz işləyir. Əməliyyat olunsa, sağ çıxmaz. Çünki çox zəifdir”.