Şahmatçılarımız Avropa kubokunun finalına vəsiqə qazandılar

Klublar arasında təşkil olunan şahmat üzrə onlayn Avropa kubokunda pley-off mərhələsi başa çatıb.

Bizim.Media xəbər verir ki, təmsilçilərimizdən “Odlar Yurdu” (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Cahangir Ağarəhimov) komandası qrupu lider kimi başa vuraraq finalda mübarizəni davam etdirmək imkanı əldə edib.

Pley-offda “Odlar Yurdu” Fransanın “Chartres Echecs” və Çexiyanın “Novy Bor” komandaları ilə heç-heçə oynayıb (2:2), “Deizisau” (Almaniya), “Greco-Notary Chess Team” (Ukrayna) və ölkəmizin digər komandası “Təhsil İdman”ı 3:1 hesabı ilə məğlub edib.

“Təhsil İdman” isə 6-cı pillədə qərarlaşmaqla turnirlə vidalaşıb.

Qeyd edək ki, reqlamentə əsasən pley-offa vəsiqə qazanan 18 komanda üç qrupda mübarizə aparıb. Qrupda ilk üç yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıb.

Beləliklə, final mərhələsində ümumilikdə 10 komanda mübarizə aparacaq. Çempionluq uğrunda “Odlar Yurdu” ilə yanaşı “Ladya Kazan”, “Mednıy Vsadnik” (hər ikisi Rusiya), “Hamburger Schacklub”, “Deizisau” (hər ikisi Almaniya), “Clichy Echecs 92” (Fransa), “Novy Bor” (Çexiya), “Guildford” (İngiltərə), “Poland Hussars” (Polşa) və qadın şahmatçıların yarışında Avropa Kubokunun qalibi “Monte-Karlo” yarışacaq.

Qeyd edək ki, “Monte-Karlo” turnirin final mərhələsinə təşkilatçıların xüsusi dəvəti ilə qoşulacaq. Final mərhələsi iki gün davam edəcək.

On komanda dairəvi sistemlə mübarizə aparacaq. Doqquz turdan sonra ilk pilləni tutacaq kollektiv Avropa kubokunun qalibi elan olunacaq.

Avropa Kubokunun ümumi mükafat fondu 14 min avrodur. Qalib komanda 4 min avro qazanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah Bakıda hava küləkli olacaq

Sabah Bakıda hava küləkli olacaq

“Zlatan Qrenlandiyanı Trampa qarşı təkbaşına müdafiə edəcək” - FOTO

“Zlatan Qrenlandiyanı Trampa qarşı təkbaşına müdafiə edəcək” - FOTO

Gəncədə yeniyetməni maşın vurdu

Gəncədə yeniyetməni maşın vurdu

Qatı duman bu yollarda hərəkəti çətinləşdirdi - FOTO

Qatı duman bu yollarda hərəkəti çətinləşdirdi - FOTO

Zlatan İbrahimoviçin oğlu “Ayaks” klubuna keçir

Zlatan İbrahimoviçin oğlu “Ayaks” klubuna keçir

Məşhur gitaraçı Bob Veyr vəfat etdi

Məşhur gitaraçı Bob Veyr vəfat etdi

Putinin “Xüsusi hərbi əməliyyatı” müddətinə görə Böyük Vətən müharibəsi ilə eyniləşdi

Putinin “Xüsusi hərbi əməliyyatı” müddətinə görə Böyük Vətən müharibəsi ilə eyniləşdi

Kiyevdə gizli rus məktəbi fəaliyyət göstərir? - VİDEO

Kiyevdə gizli rus məktəbi fəaliyyət göstərir? - VİDEO

ChatGPT-dən məsləhət alanlara XƏBƏRDARLIQ

ChatGPT-dən məsləhət alanlara XƏBƏRDARLIQ

“Real Madrid” Arda Gülərlə bağlı elə bir paylaşım etdi ki… - VİDEO

“Real Madrid” Arda Gülərlə bağlı elə bir paylaşım etdi ki… - VİDEO

Solovyov: “Rusiya Ermənistanda “Xüsusi Hərbi Əməliyyat” keçirməlidir” - VİDEO

Solovyov: “Rusiya Ermənistanda “Xüsusi Hərbi Əməliyyat” keçirməlidir” - VİDEO

İrandan Trampa rəsmi XƏBƏRDARLIQ - FOTO/VİDEO

İrandan Trampa rəsmi XƏBƏRDARLIQ - FOTO/VİDEO

2026-cı ildə varlanacaq və borc içində olacaq BÜRCLƏR

2026-cı ildə varlanacaq və borc içində olacaq BÜRCLƏR

İranda parlamentin TƏCİLİ İCLASI başladı

İranda parlamentin TƏCİLİ İCLASI başladı

FAKTİKİ HAVA: Güclü külək əsir, qar yağır

FAKTİKİ HAVA: Güclü külək əsir, qar yağır

Kürdlərin son döyüşçüləri də Hələbi tərk etdi

Kürdlərin son döyüşçüləri də Hələbi tərk etdi

Reseptsiz müalicə fəlakətə aparır: Həkimlərdən HƏYƏCAN TƏBİLİ - VİDEO

Reseptsiz müalicə fəlakətə aparır: Həkimlərdən HƏYƏCAN TƏBİLİ - VİDEO

Britaniyanın müdafiə nazirindən Putinin oğurlanması ideyasına REAKSİYA

Britaniyanın müdafiə nazirindən Putinin oğurlanması ideyasına REAKSİYA

Somali ilə bağlı fövqəladə iclas: Azərbaycanı bu diplomat təmsil etdi - FOTO

Somali ilə bağlı fövqəladə iclas: Azərbaycanı bu diplomat təmsil etdi - FOTO

Ulduz falı: 11 yanvar, 2026-cı il

Ulduz falı: 11 yanvar, 2026-cı il

Sənədsiz evlərin sahiblərinə mühüm xəbər – “kupça”nı bu qiymətə ala biləcəklər

Sənədsiz evlərin sahiblərinə mühüm xəbər – “kupça”nı bu qiymətə ala biləcəklər

Qurban Qurbanov 16 yaşlı Əlini əsas heyətə çağırdı

Qurban Qurbanov 16 yaşlı Əlini əsas heyətə çağırdı

Bu ölkədə 11 yanacaqdoldurma məntəqəsi partladıldı

Bu ölkədə 11 yanacaqdoldurma məntəqəsi partladıldı

İtaliyada İran Konsulluğunun lövhəsi söküldü - VİDEO

İtaliyada İran Konsulluğunun lövhəsi söküldü - VİDEO

End of content

No more pages to load

RADİO