Naxçıvan Qarnizonunda təlim keçirildi - VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən “Dövlət sərhədinin pozulması hallarının qarşısının alınması üzrə Naxçıvan Qarnizonu  Qoşunlarının birgə fəaliyyəti” mövzusunda birgə taktiki təlim məşqi keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildiirlib ki, təlim məşqinin ssenarisinə əsasən sərhəd pozucuları dövlət sərhədini pozaraq qeyri-qanuni şəkildə Naxçıvan Muxtar Respublikasının ərazisinə keçməyə cəhd edirlər.

 

MÖVZU İLƏ BAĞLI:

Gənc əsgərlər xidmət yerlərinə yola salınıblar - VİDEO


Dövlət sərhədinin pozulması halı aşkar edildikdən sonra sərhədin mühafizəsi gücləndirilməklə aidiyyatı qurumların müvafiq bölmələri xəbərdar edilir.

Sərhəd naryadından daxil olmuş siqnala əsasən şəxsi heyət “Silaha” komandası ilə qalxır, “Həyəcan qrupu” sərhəd naryadları hadisə baş vermiş əraziyə hərəkət edir.

Axtarış rayonunda dövlət sərhədinin pozulduğu istiqamətdə sərhəd pozucularının dərinliyə sızmasına imkan verməmək məqsədilə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının bağlama qrupları ilə birgə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrindən və Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının xüsusi təyinatlı dəstəsindən ayrılmış qruplar da cəlb edilməklə təyin olunmuş hüdudlar boyu ərazi bağlanır.

Əməliyyat-axtarış tədbirlərinin daha effektli həyata keçirilməsi üçün əməliyyat rayonunda birgə qərargah yaradılır. Əlahiddə Ümumqoşun Ordunun, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının və Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının axtarış qrupları ilə əməliyyat rayonunda sərhəd pozucularının aşkarlanması və yaxalanması məqsədilə xüsusi texniki vasitələrin imkanlarından istifadə edilməklə təxirəsalınmaz sərhəd axtarışı tədbirləri keçirilir.

Aparılmış uğurlu axtarış əməliyyatları nəticəsində dronların müşahidəsi ilə aşkar olunmuş sərhəd pozucuları müxtəlif istiqamətlərdə mühasirəyə alınaraq yaxalanır.

Yaxalanmış sərhəd pozucuları aidiyyəti orqanlara təhvil verildikdən sonra sərhəd axtarışı ərazisində fəaliyyət dayandırılaraq rejimə qoyulmuş məhdudiyyətlər aradan qaldırılır.

Əlahiddə Ümumqoşun Ordunun, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, yerli hüquq-mühafizə və icra orqanlarının, həmin ərazidə yaşayan vətəndaşların birgə fəaliyyəti nəticəsində təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdü - FOTO

İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdü - FOTO

Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi - VİDEO

Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi - VİDEO

Ermənistanda Azərbaycana qarşı revanşizm nümayiş etdirilir - Ceyhun Bayramov

Ermənistanda Azərbaycana qarşı revanşizm nümayiş etdirilir - Ceyhun Bayramov

İlham Əliyevdən Fitsoya: “Tezliklə sizi Bakıda gözləyirəm” - FOTO

İlham Əliyevdən Fitsoya: “Tezliklə sizi Bakıda gözləyirəm” - FOTO

Azərbaycan hər birimizin fəxr edə biləcəyi zirvəyə yüksəlib

Azərbaycan hər birimizin fəxr edə biləcəyi zirvəyə yüksəlib

Heydər Əliyev tarixə həm də milli memarlıq məktəbinin hamisi kimi düşüb

Heydər Əliyev tarixə həm də milli memarlıq məktəbinin hamisi kimi düşüb

Şəhərsalma mühitinin inkişafında Heydər Əliyevin əvəzolunmaz töhfələri xüsusi əhəmiyyətə malikdir - Samir Nuriyev

Şəhərsalma mühitinin inkişafında Heydər Əliyevin əvəzolunmaz töhfələri xüsusi əhəmiyyətə malikdir - Samir Nuriyev

Ceyhun Bayramov: “Hazırda Ermənistan sərhədində delimitasiya prosesi davam edir”

Ceyhun Bayramov: “Hazırda Ermənistan sərhədində delimitasiya prosesi davam edir”

Rusiyalı jurnalist itkin düşən hərbçinin anasını “ikiqat bayram” münasibətilə təbrik etdi - VİDEO

Rusiyalı jurnalist itkin düşən hərbçinin anasını “ikiqat bayram” münasibətilə təbrik etdi - VİDEO

“İran atılan dronlarla bağlı məsələnin araşdırılması barədə Azərbaycana söz verib”

“İran atılan dronlarla bağlı məsələnin araşdırılması barədə Azərbaycana söz verib”

Qarabağ Universitetində fləş-mob - FOTO/VİDEO

Qarabağ Universitetində fləş-mob - FOTO/VİDEO

İsrail İraq səhrasında İrana qarşı gizli hərbi baza yaradıb? - FOTO

İsrail İraq səhrasında İrana qarşı gizli hərbi baza yaradıb? - FOTO

İrandan Hörmüz boğazı ilə bağlı XƏBƏRDARLIQ

İrandan Hörmüz boğazı ilə bağlı XƏBƏRDARLIQ

Qordon: “Azərbaycan ədaləti bərpa etdi və özünə məxsus olanı geri qaytardı” - VİDEO

Qordon: “Azərbaycan ədaləti bərpa etdi və özünə məxsus olanı geri qaytardı” - VİDEO

Paşinyandan yeni VİDEO: “Seçici yatır, amma kampaniya davam edir”

Paşinyandan yeni VİDEO: “Seçici yatır, amma kampaniya davam edir”

Robert Fitso İlham Əliyevin Avropa Parlamenti ilə bağlı mövqeyini dəstəklədi - VİDEO

Robert Fitso İlham Əliyevin Avropa Parlamenti ilə bağlı mövqeyini dəstəklədi - VİDEO

Macarıstanın yeni səhiyyə naziri məşhur rəqsini təkrarladı - VİDEO

Macarıstanın yeni səhiyyə naziri məşhur rəqsini təkrarladı - VİDEO

Rubio və Uitkoff Qətər Baş naziri ilə görüşdü

Rubio və Uitkoff Qətər Baş naziri ilə görüşdü

Çin beşinci nəsil J-35AE qırıcısını dünya bazarına çıxarır - FOTO

Çin beşinci nəsil J-35AE qırıcısını dünya bazarına çıxarır - FOTO

Qax sakini Rusiya-Ukrayna münaqişəsində HƏLAK OLDU

Qax sakini Rusiya-Ukrayna münaqişəsində HƏLAK OLDU

Nasistlər Krivoy Roqda insanları öz məzarlarını qazmağa məcbur edirmiş - ARXİV - FOTO

Nasistlər Krivoy Roqda insanları öz məzarlarını qazmağa məcbur edirmiş - ARXİV - FOTO

Ərdoğan Avropanın “ən zəif nöqtəsini” açıqladı

Ərdoğan Avropanın “ən zəif nöqtəsini” açıqladı

UFC: Şon Striklend dünya çempionu oldu - VİDEO

UFC: Şon Striklend dünya çempionu oldu - VİDEO

End of content

No more pages to load

RADİO