Fransanın müdafiə naziri Sebastian Lekornyunun ermənistanlı həmkarı Suren Papikyanla görüşü keçirilib.
Bizim.Media xəbər verir ki, görüş zamanı iki ölkə arasında müdafiə və regional təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib. Buna dair sənədlər imzalanıb.
Qeyd edək ki, ötən həftə Sebastian Lekornyu Fransanın Ermənistana silah tədarük edəcəyinin və bununla bağlı rəsmi sənədlərin imzalanacağının anonsunu vermişdi.
Bizim.Media