Ermənistan Milli Təhlükəsizlik Xidməti Samvel Şahramanyanı dindirməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.
Nəşr yazır ki, yaxın vaxtlarda ibtidai istintaq orqanının da ciddi sualları olan Samvel Şahramanyana dindirilmə növbəsi çatacaq.
Həmçinin qeyd edilib ki, hazırda Ermənistan Milli Təhlükəsizlik Xidməti qondarma rejimin “rəsmilərinin” dindirilməsini həyata keçirir. Dindirilmələr müxtəlif cinayət işləri, o cümlədən qondarma “Arsax Respublikası”nın ləğvi üzrə aparılır.
Bizim.Media