ÜST-dən XƏBƏRDARLIQ: Meymunçiçəyinə yoluxma 91 mini ÖTDÜ  

Bu ilin sentyabrında dünyada meymunçiçəyi virusuna 860-dan çox yoluxma halı müəyyən edilib və 2022-ci ilin əvvəlindən bəri yoluxanların ümumi sayı 91 mini keçib, 157 nəfər ölüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, yoluxmalarla bağlı məlumat 115 ölkədən alınıb. 

“2022-ci il yanvarın 1-dən 2023-cü ilin 30 sentyabrına qədər 115 ölkə, ərazi və regiondan ÜST-yə meymunçiçəyi virusuna 91 min 123 yoluxma, o cümlədən 157 ölüm hadisəsi barədə məlumat verilib”, - təşkilatın Cenevrədə dərc olunmuş sənədində deyilir. Sentyabrın 1-dən sentyabrın 30-dək dünyada 868 yeni yoluxma halı qeydə alınıb ki, bu da avqust ayı ilə müqayisədə 16 faiz azdır. Sentyabr ayı ərzində ən çox yoluxma halı iki regionda - Qərbi Sakit Okeanda (bütün yoluxma hallarının 45 faizi) və Avropada (26,4 faiz) qeydə alınıb. 

Sentyabrın 30-na olan məlumata görə, 2022-ci ilin əvvəlindən ən çox yoluxma ABŞ-da qeydə alınıb (30 636 hal). Sonrakı yerlərdə Braziliya (10 967), İspaniya (7611), Fransa (4158), Kolumbiya (4090), Meksika (4062), Peru (3812), Böyük Britaniya (3805), Almaniya (3708) və Çin (1794) qərarlaşıb. Ümumilikdə, bu ölkələrin payına yoluxma hallarının demək olar ki, 82 faizi düşür. Xəstəliyə yoluxanların böyük əksəriyyəti (96,3 faiz) 29-41 yaş arası kişilərdir. 

Qeyd edək ki, meymunçiçəyi xəstəliyi meymunçiçəyi virusunun törətdiyi, əsasən Qərbi və Mərkəzi Afrikada yayılmış nadir xəstəliklərdəndir. Meymunçiyəyi virusu yeni növ virus deyil.
İlk dəfə 1958-ci ildə meymun koloniyalarında kəşf edilmiş, ilk insana yoluxma hadisəsi isə Konqo Demokratik Respublikasında 1970-ci ildə baş vermişdir. Adından görsəndiyinin əksinə olaraq, xəstəlik yalnız meymunlardan ötürülmür. Virusun daşıyıcıları daha çox gəmiricilər və çöl heyvanlarıdır. 

İlkin simptomlara yüksək hərarət, baş ağrısı, yorğunluq, halsızlıq, limfa düyünlərinin şişməsi aiddir. Virusun ağır ştamları ilə yoluxduqda 5 faiz hallarda ölüm baş verə bilər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah bu muzeylərə giriş PULSUZ olacaq

Sabah bu muzeylərə giriş PULSUZ olacaq

Hörmüz boğazı açıldı, bu məhsulun qiyməti kəskin UCUZLAŞDI

Hörmüz boğazı açıldı, bu məhsulun qiyməti kəskin UCUZLAŞDI

Bakının mərkəzində tarixi binaya MÜDAXİLƏ EDİLİB? - VİDEO

Bakının mərkəzində tarixi binaya MÜDAXİLƏ EDİLİB? - VİDEO

İlk kruiz gəmisi Hörmüz boğazından yola düşüb

İlk kruiz gəmisi Hörmüz boğazından yola düşüb

ABŞ həftəsonu İranla MÜQAVİLƏ imzalağa hazırlaşır

ABŞ həftəsonu İranla MÜQAVİLƏ imzalağa hazırlaşır

“Qarabağ” – “Sabah” matçında azarkeş rekordu qeydə alına bilər

“Qarabağ” – “Sabah” matçında azarkeş rekordu qeydə alına bilər

Qubada oğlu məktəbdə söyülən ata belə "qisas" aldı

Qubada oğlu məktəbdə söyülən ata belə "qisas" aldı

Diplom hansı halda TANINMIR?

Diplom hansı halda TANINMIR?

Bu səhnə "Yeraltı"ndan çıxarıldı - FOTO

Bu səhnə "Yeraltı"ndan çıxarıldı - FOTO

“Turan Tovuz” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Turan Tovuz” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

Polkovnik-leytenantın oğlunu öldürənə HÖKM oxundu - FOTO

Polkovnik-leytenantın oğlunu öldürənə HÖKM oxundu - FOTO

Antalyada İlham Əliyevlə Ərdoğanın görüşü keçirilir - FOTO

Antalyada İlham Əliyevlə Ərdoğanın görüşü keçirilir - FOTO

Rusiyaya gedənlərin diqqətinə: Yeni sərt QAYDA

Rusiyaya gedənlərin diqqətinə: Yeni sərt QAYDA

Samvel Karapetyanın ev dustaqlığı uzadıldı

Samvel Karapetyanın ev dustaqlığı uzadıldı

Tramp: İran HƏR ŞEYLƏ razılaşdı...

Tramp: İran HƏR ŞEYLƏ razılaşdı...

“Cənubi Qafqazda yeni status-kvo formalaşdırmışıq” - Hikmət Hacıyev

“Cənubi Qafqazda yeni status-kvo formalaşdırmışıq” - Hikmət Hacıyev

Ermənistanda keşişlərin həbsxanaları ziyarət etmələri QADAĞAN OLUNDU

Ermənistanda keşişlərin həbsxanaları ziyarət etmələri QADAĞAN OLUNDU

Qurban Qurbanov Elvin Cəfərquliyevi əsas komandadan qovdu

Qurban Qurbanov Elvin Cəfərquliyevi əsas komandadan qovdu

Naxçıvanda beş yeni körpələr evi tikiləcək

Naxçıvanda beş yeni körpələr evi tikiləcək

Sumqayıtda QƏZA: ölən var

Sumqayıtda QƏZA: ölən var

Təbiətə 133 mindən çox ziyan vuruldu

Təbiətə 133 mindən çox ziyan vuruldu

Həmin təcili yardım maşınının sürücüsü HƏBS EDİLDİ

Həmin təcili yardım maşınının sürücüsü HƏBS EDİLDİ

Livana hücumlarda ölənlərin SAYI

Livana hücumlarda ölənlərin SAYI

Vahan Kostanyan: Ermənistandan Azərbaycana bəzi məhsulların İXRACI gözlənilir

Vahan Kostanyan: Ermənistandan Azərbaycana bəzi məhsulların İXRACI gözlənilir

End of content

No more pages to load

RADİO