İrandan Ermənistana XƏBƏRDARLIQ – Köhnə dostlar DÜŞMƏNƏ ÇEVRİLİR?

İran Ermənistan münasibətləri artıq pozulmağa doğru istiqamət götürür. "Pars Today"in yazdığına görə, bu günlərdə İran Araz çayının çirkləndirilməsi ilə bağlı Ermənistana və mədən şirkətinə xəbərdarlıq edib.

İranın Su Ehtiyatlarının İdarə Edilməsi Şirkətinin rəsmisi İsa Bozorgzadə deyib ki, Araz çayının suyunun keyfiyyəti və çirklənməsi İranın Energetika Nazirliyinin qırmızı xəttidir:

“Keyfiyyəti yoxlamaq üçün birgə işçi qruplarımız var və çirklənmə ilə bağlı bildirişlər Ermənistan tərəfinə və mədən şirkətinə göndərilib. Biz suyun keyfiyyətinin vətəndaşlarımızın sağlamlığına təhlükə törətməməsini izləyirik".

O əlavə ədib ki, monitorinq İranın Enerji Nazirliyi və Ətraf Mühitin Mühafizəsi Təşkilatı tərəfindən həyata keçirilir. Bundan əlavə, Təbriz Universitetində də əlavə tədqiqatlar aparılır.

Qeyd edək ki, Tehranla İrəvan arasında Zəngəzur dəhlizi məsələsində də fikir ayrılığı var. İrəvan öz nəzarəti altında dəhlizin açılmasını istəsə də, İran ümumiyyətlə Zəngəzur dəhlizinin açılmasını özü üçün qırmızı xətt adlandırıb. Bundan əlavə, Zəngəzur dəhlizinə alternativ marşrutun İran ərazisindən keçməsi də tərəfləri üz-üzə qoyub. 

Ermənistanın son zamanlar Qərblə münasibətləri gücləndirməsi də Tehranı narahat edir. 

Bizim.Media-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirir ki, İranın İrəvana verdiyi dəstək heç də onun Ermənistana olan sevgisindən irəli gəlmir:

“İran türk və Azərbaycan düşməni olduğu üçün Ermənistana dəstək verib, verir və gələcəkdə də verəcək. İranın Ermənistana münasibətdə əvvəlki siyasəti İrəvanı məmnun edirdisə, bugünkü siyasəti nəinki məmnun, həm də qane etmir. İran ABŞ-ın sanksiyaları altındadır. Ona görə də İran hazırda Ermənistana istədiyi formada kifayət qədər dəstək vermək imkanına malik deyil. 

Burada ikinci amil Rusiyanın ehtiyatlı davranışıdır. Moskva düşünür ki, bölgədə İranın mövqeləri gücləndikcə, İrəvanın daha çox ona doğru meyllənməs nəticəsində Ermənistanı əlindən buraxa bilər. Başlıcası isə Tehranın Azərbaycana münasibətdə son zamanlar bir qədər yumşalması, Zəngəzur dəhlizinə alternativ yolun İrandan keçməsi təklifi də cənub qonşumuzun Ermənistana marağının müəyyən qədər azalmasına rəvac verib. İranın bu cür fəaliyyəti İrəvanı məmnun etmir”. 

Partiya sədri deyir ki, bölgədə şərtlər dəyişdiyindən İranın hazırda Ermənistana deyil, daha çox Azərbaycana ehtiyacı yaranıb: 

“Ermənistan alətdir. İran da başa düşür ki, İrəvan daha çox Qərbin alətində alət olmağa hazırlaşır. O, mənada İran Ermənistan münasibətləri tədricən soyuyacaq. Amma bu mövsümü xarakter daşıyır. Günün birində şərtlər dəyişəndə Tehran dərhal yenə simasını dəyişəcək”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabunçuda qadın qətlə yetirildi, oğlu SAXLANILDI

Sabunçuda qadın qətlə yetirildi, oğlu SAXLANILDI

Nəriman Həsənzadə Fəxri xiyabanda dəfn olunacaq

Nəriman Həsənzadə Fəxri xiyabanda dəfn olunacaq

Bu məhsulları soyuducuda saxlamaq olmaz

Bu məhsulları soyuducuda saxlamaq olmaz

SON DƏQİQƏ! MİQ üzrə nəticələr AÇIQLANDI

SON DƏQİQƏ! MİQ üzrə nəticələr AÇIQLANDI

Vacib sənədləri komputerdə, yoxsa telefonda saxlayaq? - AÇIQLAMA

Vacib sənədləri komputerdə, yoxsa telefonda saxlayaq? - AÇIQLAMA

Bosniya və Herseqovina ilə Sinqapur vətəndaşları Azərbaycana vizasız gələ BİLƏCƏKLƏR

Bosniya və Herseqovina ilə Sinqapur vətəndaşları Azərbaycana vizasız gələ BİLƏCƏKLƏR

İlham Əliyevdən İsveçrə Prezidentinə MƏKTUB

İlham Əliyevdən İsveçrə Prezidentinə MƏKTUB

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Qanunsuz saxlanılan silahlar aşkarlandı

“Alya”nın ilk sevgisi o olacaq

“Alya”nın ilk sevgisi o olacaq

Tutduğu balıqlar sayəsində milyonçu oldu

Tutduğu balıqlar sayəsində milyonçu oldu

Şənbə və bazar günləri hava necə olacaq?

Şənbə və bazar günləri hava necə olacaq?

İnternetdən həddindən çox istifadə edənlərin NƏZƏRİNƏ!

İnternetdən həddindən çox istifadə edənlərin NƏZƏRİNƏ!

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər SAXLANILDI

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər SAXLANILDI

DYP-dən sürücülərə və piyadalara MÜRACİƏT

DYP-dən sürücülərə və piyadalara MÜRACİƏT

Amerika ağ kəpənəyi Lənkəranı BÜRÜDÜ - Zərərvericilər evlərə DOLUR - FOTO

Amerika ağ kəpənəyi Lənkəranı BÜRÜDÜ - Zərərvericilər evlərə DOLUR - FOTO

Kondisioner qarşısında yatmaq bu şəxslər üçün təhlükə yarada BİLƏR

Kondisioner qarşısında yatmaq bu şəxslər üçün təhlükə yarada BİLƏR

Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq

Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq

Neft BAHALAŞDI

Neft BAHALAŞDI

Azərbaycan və Türkiyə enerji layihələrinin icrasını sürətləndirmək barədə razılığa gəldi – FOTO

Azərbaycan və Türkiyə enerji layihələrinin icrasını sürətləndirmək barədə razılığa gəldi – FOTO

Hörmüz boğazında neft tankeri vuruldu

Hörmüz boğazında neft tankeri vuruldu

SpaceX raketinin bir pilləsi saatda 8700 km sürətlə Ay səthinə çırpılacaq

SpaceX raketinin bir pilləsi saatda 8700 km sürətlə Ay səthinə çırpılacaq

Avqustun ilk gününün HAVASI

Avqustun ilk gününün HAVASI

Lerikdə ZƏLZƏLƏ oldu

Lerikdə ZƏLZƏLƏ oldu

Qırğızıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb - FOTO

Qırğızıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb - FOTO

End of content

No more pages to load

RADİO