Aİ Ermənistanı Azərbaycana qarşı növbəti hərbi təcavüzə cəsarətləndirir

"Biz Ermənistandan qovulmuş azərbaycanlıları təmsil edən Qərbi Azərbaycan İcması olaraq, Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Avropa İttifaqının (Aİ) 2023-cü il oktyabrın 18-də verdiyi anti-Azərbaycan bəyanatını şiddətlə qınayırıq". 

Bizim.Media xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda bildirilib. 

"Öncə vurğulayaq ki, bu bədnam bəyanatı məhz 18 oktyabrda - Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günündə verməklə Aİ ölkəmizə və xalqımıza qərəzini simvolik şəkildə ifadə edib. 

Bəyanatın məzmununa gəlincə, qeyd edək ki, sənəd qərəzlidir, ayrı-seçkilik xarakteri daşıyır, sülhə mane olur və Ermənistanın törətdiyi müharibə cinayətlərinə və insanlıq əleyhinə cinayətlərə haqq qazandırır. 
İlk növbədə, vurğulamaq istərdik ki, qayıdış hüququnu ancaq Qarabağ ermənilərinə şamil etməklə və Ermənistandan qovulmuş azərbaycanlıların bu hüququnu inkar etməklə Aİ azərbaycanlılara qarşı etnik əsasda ayrı-seçkiliyini açıq şəkildə göstərib. 

Bundan əlavə, münaqişə zamanı törədilmiş çoxsaylı hərbi cinayətlərə baxmayaraq, Aİ-nin “bütün Qarabağ erməniləri” üçün amnistiya tələbi bizi dərindən narahat edir. Müharibə cinayətlərinə amnistiyanın verilməsi təkcə ədalət və hesabatlılıq prinsiplərini pozmur, həm də cəzasızlıq mühiti yaratmaqla regionda davamlı sülh və barışığı mümkünsüz edir.

Aİ-nin müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər üçün amnistiya tələb etməsi bu qurumda irqçi mentalitetin ayaq açmasını və humanizm dəyərlərinin aşınmasını, eləcə də onun regionda sülh və ədalətin bərqərar olmasında maraqlı olmadığını göstərir. 

Bundan əlavə, bəyanatda Azərbaycanı yerli əhalinin insan hüquqlarını və mədəni irsini qorumağa çağırılsa da, Ermənistandan və işğal olunmuş Azərbaycan ərazilərindən qovulmuş azərbaycanlıların hüquqları və mədəni irsi ilə bağlı Ermənistanın məsuliyyəti barədə heç bir çağırış edilmir. Bu, Aİ-nin qərəzli və anti-Azərbaycan yanaşmasının növbəti sübutudur. 

Nəhayət, bəyanatda Azərbaycan Ermənistanın ərazi bütövlüyünə sadiqliyini təsdiq etməyə çağırıldığı halda, Ermənistana oxşar çağırış edilmir. Ermənistanın Azərbaycan ərazilərini onilliklər ərzində işğal altında saxlaması və Aİ-nin ona göz yumması faktını nəzərə alsaq, Aİ bu çağırışı ilə faktiki olaraq Ermənistanı Azərbaycana qarşı növbəti hərbi təcavüzə cəsarətləndirir", - İcmanın bəyanatında vurğulanıb. 

Qeyd edilib ki, Aİ-nin bu bəyanatı və son dövrlər nümayiş etdirdiyi mövqe onun sülh üçün tərəfdaş kimi etibarını və rolunu sarsıdıb: 

"Biz Aİ-ni anti-Azərbaycan yanaşmasından əl çəkməyə, insanların hüquq və ləyaqət baxımından bərabərliyi, eləcə də dövlətlərin suveren bərabərliyi prinsiplərinə və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüquqlarına hörmət etməyə çağırırıq". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

Bir meyvə, min faydası: Heyvanın sirri

Bir meyvə, min faydası: Heyvanın sirri

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Buna görə ad günü keçirtmir

Buna görə ad günü keçirtmir

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

Mehin ərə gedir

Mehin ərə gedir

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

End of content

No more pages to load

RADİO