İspaniyada 3 minə yaxın hərbçinin iştirakı ilə Avropa İttifaqı (Aİ) tarixində ilk birgə “MILEX 23” səhra təlimi başladı.
Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cozep Borrell İspaniyanın Rota hərbi dəniz bazasında keçirdiyi mətbuat konfransında məlumat verib.
O bildirib ki, təlimlər dəniz sahilində praktiki desantlardan ibarət olacaq:
"Bu, Aİ-ni müasir böhranlar və gələcək təhlükəsizlik təhdidləri ilə mübarizə aparmağa qadir etmək üçün atılmış addımdır".
O qeyd edib ki, bu təlimlərdən əldə olunan təcrübə humanitar missiyalar, o cümlədən təxliyə zamanı istifadə oluna bilər və İsraildə mövcud münaqişəyə cavab vermək üçün istifadə edilə bilər.
İspaniyada keçirilən təlim bir həftə davam edəcək. TəlimdəAİ-nin 16 ölkəsindən 2,8 min hərbi çevik qüvvələri iştirak edəcək.
Bizim.Media