ABŞ pezidenti Cozef Bayden İsrailə səfərinin əsas məqsədlərini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ prezidenti “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Çərşənbə günü mən HƏMAS-ın amansız terror hücumu qarşısında həmrəy olmaq üçün İsrailə gedəcəyəm. Daha sonra kəskin humanitar ehtiyacları həll etmək, liderlərlə görüşmək və HƏMAS-ın fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnu müdafiə etmədiyini aydınlaşdırmaq üçün İordaniyaya gedəcəyəm”, - Bayden qeyd edib.
Bizim.Media