Xankəndidən qaçan keçmiş rejimin keçmiş "rəhbəri" Samvel Şahramanyanın indi harada olduğu erməni jurnalistlərinin də maraq dairəsindədir. Paparassilər onu bu gün rejimin İrəvandakı nümayəndəliyinin binasından çıxarkən lentə alıblar.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, Qarabağın son baş separatçısı maşına minərkən jurnalistlərin heç bir sualına cavab verməyib.
Qeyd edək ki, Qarabağın üç "təlxək" başçısı (Saakyan, Qukasyan və Arutyunyan) hazırda Bakıda təcridxanadadır.
Bizim.Media