Amerikalı müğənni Madonna Londonda konserti zamanı özünü Ukrayna bayrağına bürüyüb.
Bizim.Media xəbər verir ki, bu barədə Sky News-Arabia telekanalı məlumat yayıb.
Bildirilir ki, müğənni bunu "Don't Cry For Me Argentina" mahnısını ifa edərkən edib.
Konsertdə həmçinin Madona Fələstin-İsrail münaqişəsindən danışaraq deyib:
“İsrail və Fələstində baş verənləri seyr edərkən hamımız əziyyət çəkirik . Uşaqların, yeniyetmələrin, qocaların necə əziyyət çəkdiyini görəndə ürəyim parçalanır. Bütün bunlar ürək ağrıdır”.

Bizim.Media