“Azərbaycan və Ermənistanın müsbət və razılaşdırılmış gündəliyə sadiq qalması vacibdir”.
Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar özünün “X” hesabında yazıb.
“Hərtərəfli normallaşma istiqamətində növbəti addımları müzakirə etdiyim Bakı və İrəvandan qayıtdım. Azərbaycan və Ermənistanın müsbət və razılaşdırılmış gündəliyə sadiq qalması vacibdir. Bu münasibətlərin bu ayın sonunda Brüsseldə keçiriləcək yüksək səviyyəli görüşdə möhkəmlənəcəyinə ümid edirik”, - deyə Klaar qeyd edib.
Bizim.Media