Şimali Kipr Türk Respublikası Prezidentinin xanımı, Kipr Türk Sahibkar Qadınlar Dərnəyinin fəxri üzvü Sibel Tatar və onunla birgə heyəti Bakı KOB Evini ziyarət edib
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “X” hesabında məlumat verib.
“Ölkəmizə səfəri zamanı Şimali Kipr Türk Respublikası Prezidentinin xanımı, Kipr Türk Sahibkar Qadınlar Dərnəyinin fəxri üzvü SibelTatar və heyəti Bakı KOB Evində oldu. Görüşümüzdə KOBİA-nın sosial və qadın sahibkarlığına dəstək alətlərini, mümkün əməkdaşlığı müzakirə etdik”, - deyə O. Məmmədov qeyd edib
Bizim.Media