*** 09:44
Bu gün Milli Məclisin xüsusi iclası keçiriləcək.
Bizim.Media xəbər verir ki, toplantının gündəliyinə bir məsələ daxil edilib.
İclasda İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin bəyanatı qəbul ediləcək.
*** 11:13
Milli Məclisin xüsusi iclası başlayıb.
Bizim.Media xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə bir məsələ daxil edilib.
Toplantıda İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin bəyanatı qəbul olunacaq.
Bizim.Media