Ermənistan xarici işlər naziri Ararat Mirzoyan MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın XİN-in rəsmi nümayəndəsi Ani Badalyan məlumat verib.
Belə ki, oktyabrın 12-də Bişkekdə keçirilməsi planlaşdırılan iclasda Ermənistan xarici işlər nazirinin müavini iştirak edəcək.
Badalyan bildirib ki, artıq bu qərar barədə MDB İcraiyyə Komitəsinə yazılı şəkildə məlumat verilib.
Bizim.Media