Sülhməramlılarla davam, ya TAMAM?

Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlıları Qarabağda fəaliyyətini xeyli məhdudlaşdırıb. Belə ki, Rusiya sülhməramlılarının Əsgəran, Ağdərə və Şuşa rayonlarındakı müvəqqəti müşahidə məntəqələri işini dayandırıb. Hazırda məntəqələrin sökülməsi prosesi gedir.

Bu xəbər bir qədər təəccüblü görünsə də gözlənilən idi. Çünki Azərbaycan artıq Qarabağda suveren hüquqlarını tam bərpa edib.
 

MÖVZU İLƏ BAĞLI:

Sülhməramlılar Qarabağı tərk edir - TASS 


Hazırda ucqar ərazilərdə yox, hətta Xankəndidə Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşları xidmət keçir. Bu isə o deməkdir ki, Azərbaycan suveren hüquqlarını icra etməklə yanaşı, həm də etnik ermənilərin də etimadını qazanıb. 

Təsadüfi deyil ki, son 10 gündə Xankəndi və ətraf ərazilərdə Azərbaycan polisinə qarşı hansısa təxribatçı hərəkət olmayıb. Polis və digər dövlət qurumlarının əməkdaşları etnik ermənilərlə ortaq dil tapa bilir. Bu isə o deməkdir ki, artıq Rusiya sülhməramlılarının bölgədəki fəaliyyətinə o qədər də ehtiyac qalmayıb. 

Əslində sülhməramlıların missiyası o idi ki, etnik ermənilərlə azərbaycanlılar arasında münaqişələrin baş verməsinə əngəl olsun, asayişi qorusunlar. İndiki vəziyyətdə isə Azərbaycan polisi və hərbçilərimiz Xankəndi və ətraf ərazilərdə asayişi tam bərpa edib. Ona görə də Rusiya sülhməramlılarının fəaliyyətinin məhdudlaşdırılması normal qarşılanmalıdır.

Müşahidə məntəqələri işini niyə dayandırıb?

Müşahidə məntəqələrinin sökülməsi onunla bağlıdır ki, Xankəndinə üç istiqamətdən – Şuşa, Əsgəran və Ağdərədən giriş var. Sülhməramlılar da həmin giriş yolları üzərində öz məntəqələrini qurmuşdular. Bu 3 məntəqə əslində təmas nöqtələri idi. 

Lakin lokal antiterror tədbirlərindən sonra Azərbaycan Qarabağdakı bütün ərazilərə nəzarəti öz üzərinə götürdü. Nəticədə o təmas məntəqələrinə ehtiyac qalmadı. Ona görə də sülhməramlılar hər üç məntəqədə fəaliyyətlərini dayandırdılar. Lakin, hazırda sülhməramlılar Azərbaycan polisi və hərbçilərlə birgə Xankəndi və digər ərazilərdə xidmət keçir.

Rusiya sülhməramlıları Qarabağdan gedir?

İndiki vaxtda bu suala cavab vermək çox çətindir. Çünki ən azından ruslar 2025-ci ilə qədər Qarabağda fəaliyyət üçün mandat alıblar. Ən azı bu vaxtadək sülhməramlıların Qarabağda qalmasında qeyri-qanuni heç nə yoxdur.

Digər tərəfdən sülhməramlıların Qarabağda mövcudluğu indiki halda Azərbaycanın işinə yarayır. Bunun bir səbəbi onunla bağlıdır ki, Rusiyanı ən azından neytral saxlaya bilirik. Yəni, rus sülhməramlılarının Qarabağdakı mövcudluğu Qərbin əl-qolunu bağlayır. 

Məlum olduğu kimi, ötən gün ATƏT Parlament Assambleyası Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamənin də məğzi budur ki, Avropadakı bir çox ermənipərəst qüvvələr Qarabağdakı ermənilərin taleyindən “çox narahatdırlar”. Bəzi Avropa dövlətləri çalışır ki, bu və digər məsələləri “əsas” gətirərək Qarabağda xüsusi missiyasını yerləşdirsinlər. Beləcə, həmin dövlətlər erməniləri müdafiə adı ilə Cənubi Qafqaza girmək istəyirlər. 

Eyni zamanda, Rusiyanı bu bölgədən sıxışdırıb çıxarmağı hədəfləyirlər. 

Ona görə də indiki vəziyyətdə Rusiyalı sülhməramlıların Qarabağda müəyyən vaxtadək qalması bizə lazımdır. Bununla ən azından Qərbin təklif və təzyiqlərini neytrallaşdırırıq. Digər tərəfdən indiki vəziyyətdə rusların Qarabağdakı varlığı ilə yoxluğu bilinmir. 

Ona görə də sülhməramlıların indiki vəziyyətdə Qarabağdan çıxarılmasının bəzi fəsadları ola bilər. Lakin hadisələrin indiki inkişafı göstərir ki, 2025-ci ildə Qarabağda nə Rusiya, nə də ki, Qərbin sülhməramlı qüvvələrinə ehtiyac qalmayacaq. Ona görə də sülhməramlıların tezliklə Qarabağdan çıxarılması söhbəti nə məntiqə, nə də ki, reallıqlara sığmır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bərdədə "Mercedes"lə "Lada" toqquşdu: Xəsarət alanlar var

Bərdədə "Mercedes"lə "Lada" toqquşdu: Xəsarət alanlar var

Göyçayda kişini ilan sancdı

Göyçayda kişini ilan sancdı

42 yaşlı general görün kimin oğlu imiş - FOTO

42 yaşlı general görün kimin oğlu imiş - FOTO

Voleybolçu qızlarımız Rumıniya komandasını məğlub etdi

Voleybolçu qızlarımız Rumıniya komandasını məğlub etdi

Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - FOTO

Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - FOTO

Ermənistan 120 hərbçisini itirib

Ermənistan 120 hərbçisini itirib

Kəlbəcərin ilk və yeganə məzunu tələbə adını QAZANDI - FOTO

Kəlbəcərin ilk və yeganə məzunu tələbə adını QAZANDI - FOTO

Bakıda keçiriləcək dünya çempionatının hakimləri bəlli oldu - FOTO

Bakıda keçiriləcək dünya çempionatının hakimləri bəlli oldu - FOTO

Leyla Əliyeva Buxara Biennalesində - FOTO/VİDEO

Leyla Əliyeva Buxara Biennalesində - FOTO/VİDEO

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tokayev Ermənistana səfər edəcək

Tokayev Ermənistana səfər edəcək

Prezident ailəsinin İsmayıl Samani türbəsindən FOTOLARI

Prezident ailəsinin İsmayıl Samani türbəsindən FOTOLARI

Nərgiz Cəlilova efirə qayıdır

Nərgiz Cəlilova efirə qayıdır

Səudiyyə Ərəbistanına aid tankerə hücum edildi

Səudiyyə Ərəbistanına aid tankerə hücum edildi

Bu ixtisas qrupu qəbulda digərlərini geridə qoydu - Rəqəmlər

Bu ixtisas qrupu qəbulda digərlərini geridə qoydu - Rəqəmlər

Gələn həftə deputatların tətili başa çatır

Gələn həftə deputatların tətili başa çatır

Azərbaycanın təhsil tarixində YENİ REKORD

Azərbaycanın təhsil tarixində YENİ REKORD

"Karvan-Yevlax" təmsilçisindən yeni transfer

"Karvan-Yevlax" təmsilçisindən yeni transfer

İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatdı - FOTO/VİDEO

İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatdı - FOTO/VİDEO

Sürücülərə şad xəbər: Paytaxtın 40 küçəsində təmir bitdi - FOTO

Sürücülərə şad xəbər: Paytaxtın 40 küçəsində təmir bitdi - FOTO

Ukrayna Seymur Salahzadəni Azərbaycana təhvil verir

Ukrayna Seymur Salahzadəni Azərbaycana təhvil verir

Tələbə adını qazananların DİQQƏTİNƏ: Qeydiyyatdan keçməsəniz qəbulunuz LƏĞV OLUNACAQ

Tələbə adını qazananların DİQQƏTİNƏ: Qeydiyyatdan keçməsəniz qəbulunuz LƏĞV OLUNACAQ

Ali məktəblərin boş yerlərinə seçim BU TARİXDƏN başlayır

Ali məktəblərin boş yerlərinə seçim BU TARİXDƏN başlayır

Maradonanın tarix yazan topu rekord qiymətə SATILDI

Maradonanın tarix yazan topu rekord qiymətə SATILDI

End of content

No more pages to load

RADİO