ATƏT PA-da Azərbaycan əleyhinə olan təşəbbüslərin qarşısı alınıb - FOTO

ATƏT PA-nın növbədənkənar onlayn Büro iclasında Ermənistan və digər nümayəndə heyətlərinin Azərbaycana qarşı müəyyən tədbirlərin görülməsi, Qarabağ erməniləri ilə əlaqədar işçi qrupunun yaradılması ilə bağlı cəhdlərinin qarşısı alınıb, bu cür pozucu təşəbbüslər Büro tərəfindən rədd edilib. 

Bu barədə Bizim.Media-ya Milli Məclisdən məlumat verilib. 

Qeyd edilib ki, iclasın əsas mövzusu Cənubi Qafqazda baş verən son hadisələrin, xüsusilə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən lokal antiterror tədbirləri və bundan irəli gələn vəziyyətin müzakirəsi olub. 

ATƏT PA-nın prezidenti - Finlandiyadan olan deputat Pia Kauma qeyd edib ki, Qarabağdakı hazırkı vəziyyət və orada yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyinin qorunması ilə əlaqədar məsələləri müzakirə etmək, müəyyən addımlar atmaq məqsədilə bir sıra ölkələrdən olan büro üzvləri ona müraciət ünvanlayıb, bu məsələnin təxirə salınmadan müzakirə olunmasını xahiş ediblər. 

Müzakirələr zamanı söz alan Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın İqtisadiyyat, elm, texnologiya və ətraf mühit məsələləri Baş Komitəsinin sədri, büro üzvü Azay Quliyev sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror tədbirlərinin səbəbləri, məqsədi və nəticələri barədə ətraflı məlumat verib. 

Diqqətə çatdırılıb ki, ermənilərin davamlı təxribatlarına cavab olaraq başladılan və çox dəqiqliklə aparılan antiterror tədbirləri zamanı yalnız legitim hərbi hədəflər zərərsizləşdirilib, mülki əhaliyə və mülki infrastruktura heç bir zərər dəyməyib.

A. Quliyev nəticədə qanunsuz erməni silahlı qüvvələrinin təslim olduğunu və oyuncaq rejimin özünü buraxdığını vurğulayıb.

“Azərbaycanın Qarabağda suverenliyini tam və qəti olaraq bərpa etməsi işğaldan və işğal nəticəsində yaradılmış qanunsuz oyuncaq rejimlərdən əziyyət çəkən ATƏT-ə üzv olan ölkələr və ümumiyyətlə, dünya üçün çox gözəl nümunə və təcrübədir. ATƏT və ona üzv olan ölkələr 30 illik hərbi təcavüzə və işğala son qoyaraq beynəlxalq hüququ bərpa edən Azərbaycana minnətdar olmalıdır”, - deyə o vurğulayıb. 

Azay Quliyev, həmçinin Qarabağ ermənilərinin guya “etnik təmizləməyə” məruz qaldıqları haqqında səslənən əsassız iddiaları konkret faktlarla rədd edib və müstəqil BMT missiyasının Qarabağa son səfərində bunun tam əksinin sübut olunduğunu bildirib. 
Sonda ATƏT PA-nın prezidenti Pia Kauma və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kari Henriksen Ermənistan ilə Azərbaycan arasında etimadın yaradılmasına, Cənubi Qafqaza davamlı sülhün gətirilməsinə töhfə verməyə hazır olduğunu bildiriblər. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bərdədə "Mercedes"lə "Lada" toqquşdu: Xəsarət alanlar var

Bərdədə "Mercedes"lə "Lada" toqquşdu: Xəsarət alanlar var

Göyçayda kişini ilan sancdı

Göyçayda kişini ilan sancdı

42 yaşlı general görün kimin oğlu imiş - FOTO

42 yaşlı general görün kimin oğlu imiş - FOTO

Voleybolçu qızlarımız Rumıniya komandasını məğlub etdi

Voleybolçu qızlarımız Rumıniya komandasını məğlub etdi

Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - FOTO

Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - FOTO

Ermənistan 120 hərbçisini itirib

Ermənistan 120 hərbçisini itirib

Kəlbəcərin ilk və yeganə məzunu tələbə adını QAZANDI - FOTO

Kəlbəcərin ilk və yeganə məzunu tələbə adını QAZANDI - FOTO

Bakıda keçiriləcək dünya çempionatının hakimləri bəlli oldu - FOTO

Bakıda keçiriləcək dünya çempionatının hakimləri bəlli oldu - FOTO

Leyla Əliyeva Buxara Biennalesində - FOTO/VİDEO

Leyla Əliyeva Buxara Biennalesində - FOTO/VİDEO

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tokayev Ermənistana səfər edəcək

Tokayev Ermənistana səfər edəcək

Prezident ailəsinin İsmayıl Samani türbəsindən FOTOLARI

Prezident ailəsinin İsmayıl Samani türbəsindən FOTOLARI

Nərgiz Cəlilova efirə qayıdır

Nərgiz Cəlilova efirə qayıdır

Səudiyyə Ərəbistanına aid tankerə hücum edildi

Səudiyyə Ərəbistanına aid tankerə hücum edildi

Bu ixtisas qrupu qəbulda digərlərini geridə qoydu - Rəqəmlər

Bu ixtisas qrupu qəbulda digərlərini geridə qoydu - Rəqəmlər

Gələn həftə deputatların tətili başa çatır

Gələn həftə deputatların tətili başa çatır

Azərbaycanın təhsil tarixində YENİ REKORD

Azərbaycanın təhsil tarixində YENİ REKORD

"Karvan-Yevlax" təmsilçisindən yeni transfer

"Karvan-Yevlax" təmsilçisindən yeni transfer

İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatdı - FOTO/VİDEO

İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatdı - FOTO/VİDEO

Sürücülərə şad xəbər: Paytaxtın 40 küçəsində təmir bitdi - FOTO

Sürücülərə şad xəbər: Paytaxtın 40 küçəsində təmir bitdi - FOTO

Ukrayna Seymur Salahzadəni Azərbaycana təhvil verir

Ukrayna Seymur Salahzadəni Azərbaycana təhvil verir

Tələbə adını qazananların DİQQƏTİNƏ: Qeydiyyatdan keçməsəniz qəbulunuz LƏĞV OLUNACAQ

Tələbə adını qazananların DİQQƏTİNƏ: Qeydiyyatdan keçməsəniz qəbulunuz LƏĞV OLUNACAQ

Ali məktəblərin boş yerlərinə seçim BU TARİXDƏN başlayır

Ali məktəblərin boş yerlərinə seçim BU TARİXDƏN başlayır

Maradonanın tarix yazan topu rekord qiymətə SATILDI

Maradonanın tarix yazan topu rekord qiymətə SATILDI

End of content

No more pages to load

RADİO