Əhməd Haşimi: “İran bilməlidir ki, Təbrizin azadlığı Xankəndidən keçir” – MÜSAHİBƏ 

Əhməd Haşimi: “İran bilməlidir ki, Təbrizin azadlığı Xankəndidən keçir” – MÜSAHİBƏ 
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İran İkinci Qarabağ müharibəsindən sonra Xankəndi ilə bağlı da əlindən gələni etməyə çalışdı. Lakin bu dəfə də, məcbur olaraq reallığı qəbul etməli oldu”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində ABŞ-də yaşayan cənubi azərbaycanlı siyasi şərhçi Əhməd Haşimi deyib. İranın Zəngəzur dəhlizinə qarşı olmasının pərdəarxası məqamlarına diqqət çəkən politoloq, Cənubi Azərbaycan faktoruna görə, rəsmi Bakıya qarşı Tehranın ciddi addımlar ata bilməyəcəyini deyir.
 

MÖVZU İLƏ BAĞLI:

Tehrandan Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı fikirlərinə REAKSİYA


Müsahibəni təqdim edirik:

- Cənab Haşimi, Xankəndi yenidən Azərbaycanın tam nəzarətindədir. Biz İranın hər zaman Azərbaycan ərazi bütövlüyünü sözdə dəstəklədiyini, lakin əməldə fərqli addımlar atdığını görürdük. Xankəndi məsələsində də, pərdə arxasında Ermənistanı dəstəkləyirdi. Nədir axı İranın Azərbaycana qarşı bu mövqeyinin səbəbi? 

- İran Qarabağ məsələsində hər zaman narahat idi. 2020-ci ildə İranın iç üzünü hər kəs gördü. İşğalçı Ermənistana maddi və mənəvi, silah-sursat, diplomatik, əsgər göndərmək formasında dəstək verdi. Onlar Azərbaycan əsgərinin irəliləyişini əngəlləmək üçün fiziki maeələr də yaradırdı. Xankəndinin də azad edilməməsi üçün çox çalışdılar.

Lakin Azərbaycanın qərarlığı sayəsində İran rejimi heç nəyə nail ola bilmədi. İran İkinci Qarabağ müharibəsində də əlindən gələni etsə də, məğlub oldu. Latınca “fait accompli” ifadəsi var. Yəni oldu və bitdi. İran hüquqdan anlamasa da, beynəlxalq hüquqa qarşı olsa da, reallıqlarla üz-üzə gəldi. İkinci Qarabağ müharibəsindən sonra Xankəndi ilə bağlı da əlindən gələni etdi. Bu dəfə də, reallığı məcburi olaraq qəbul etməli oldu. 

- Artıq reallıqlar dəyişib. İndi əsas məsələ Zəngəzur dəhlizinin reallaşmasıdır. Lakin İranın Zəngəzur dəhlizinə qarşı çıxmasına şahidlik edirik. Tehran Dəhlizin reallaşmaması üçün hansı maneələri yaradacaq?

- İran hər zaman Zəngəzur dəhlizinin reallaşmasını özünün “qırmızı xətti” adlandırıb. Mən elə düşünürəm ki, yenə də, eyni vəziyyət yaranacaq. İran rejimi əlindən gələni edəcək ki, Zəngəzur dəhlizi açılmasın. Əngəl üçün yenidən sərhəddə silah sursat daşıya bilərlər.

Hərbi təlimlərə də başlamaları mümkünür. Böyük ehtimalla, yenidən təhdidlərə keçəcəklər. Lakin bütün bunlara baxmayaraq İran reallığı yenidən qəbul edəcək. Çünki fərqli faktorlar var ki, İran rejimi onları qəbul etmək və boyun əymək məcburiyyətindədir.

Eynilə Qarabağ məsələsində olduğu kimi. Azərbaycan bölgədə yeni reallıqlar yaradıb. Xüsusən Azərbaycan əsgərinin gücünü 44 gündə tam gördük. Şuşanı azad etmək, o qayalıqları aşmaq asan məsələ deyil. Amerikada Azərbaycan hərbinin öyrənildiyini eşitmişəm. Azərbaycan əsgərinin özünə güvənməyi İran rejiminə qarşı da özünü göstərməkdədir. 

- Region ölkələrinin hər biri Zəngəzur dəhlizinin reallaşmasını istəyir. Söhbət Türkiyə, Rusiya, Gürcüstandan gedir. Belə məqamda İranın dəhlizə qarşı olması reallığı dəyişə bilərmi?

- Türkiyə önəmli faktordur, NATO üzvüdür. Türkiyə hər zaman Azərbaycan dövlətinin, xalqının, millətinin arxasındadır. Cənab Ərdoğan Azərbaycan xalqının ən yaxın və ən səmimi dostudur. Türkiyə və Azərbaycan kimi Rusiya da, İranın Cənubi Qafqazda aktiv rol oynamasını istəmir. Rusiya hazırda xeyli zəifləsə də, bu, çox önəmli faktordur.

Zəngəzur dəhlizinin reallaşmasını Rusiya dəstəkləyir. Lakin İran rejiminin davranışları həm də Cənubi Azərbaycan faktorundan asılıdır. İran üçün ən böyük təhlükə ölkənin bölünməsidir. Bunu iranlı rəsmilər də etiraf edir. Onlar Cənubi Azərbaycan xalqının ayağa qalxmasından qorxurlar. Bu məqam İranın əl-ayağını bağlayır. Molla rejimi sözlə təhdidlər yağdırsa da, onları reallaşdırmaqda acizdir. Yəni, bütün hədələrə baxmayaraq ciddi addımlar atmayacaqlar.

- Hələ ki, Ermənistan da dəhlizə qarşıdır. Sizcə, İran Ermənistana dəstəyini davam etdirəcəkmi?

- Onlar Ermənistanı dəstəkləməyə davam edəcəklər. Hətta Zəngəzur bölgəsinə Ermənistana dəstək üçün əsgər də göndərə bilərlər. SEPAHI Ermənistana dəstək üçün göndərəcək. Əlindən gələni edəcək. Lakin gec ya tez reallığı qəbul etmək məcburiyyətində qalacaq. Artıq Cənubi Azərbaycanda da ciddi iradə var.

O iradə İranı dayandıracaq. Bizdə belə bir söz var: Təbrizin azadlığı Xankəndidən keçər.Artıq Xankəndi azad olduğuna görə, tam yeni reallıq, yeni bir balans var. Xankəndi azad olduğu üçün İran daha diqqətli olmalıdır, Təbrizi oyandırmamalıdır. Təbriz Cənubi Azərbaycanı təmsil edir.

Zəngəzur dəhlizi ilə bağlı əsas məsələ Ermənistanla uzlaşmaqdır. Ermənistan Azərbaycan və Türkiyənin təzyiqlərinə boyun əyəndən sonra İran heç nə edə bilməyəcək.

- Təşəkkür edirəm cənab Haşimi.

- Mən təşəkkür edirəm. 

Tehran Orucoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

İƏT-in Baş katibi Bakıda təhsil alan xarici tələbələrlə görüşüb – FOTO

İƏT-in Baş katibi Bakıda təhsil alan xarici tələbələrlə görüşüb – FOTO

Siyəzəndə ünvanlı sosial yardıma görə qayınata kürəkənini döydü

Siyəzəndə ünvanlı sosial yardıma görə qayınata kürəkənini döydü

"Megastore"dan aldığı məhsulların hamısı xarab çıxdı – VİDEO

"Megastore"dan aldığı məhsulların hamısı xarab çıxdı – VİDEO

Eldar Əzizov onu rəis təyin etdi

Eldar Əzizov onu rəis təyin etdi

SON DƏQİQƏ! Ceyranbatanda 10 şagird ZƏHƏRLƏNDİ

SON DƏQİQƏ! Ceyranbatanda 10 şagird ZƏHƏRLƏNDİ

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin bütün cütləri BƏLLİ OLDU

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin bütün cütləri BƏLLİ OLDU

Qarabağ beynəlxalq dialoq məkanına çevrilib – Xankəndidən AÇIQLAMA

Qarabağ beynəlxalq dialoq məkanına çevrilib – Xankəndidən AÇIQLAMA

Bakıda məktəbdə media nümayəndələrinə qarşı zorakılıqla bağlı cinayət işi BAŞLANILDI

Bakıda məktəbdə media nümayəndələrinə qarşı zorakılıqla bağlı cinayət işi BAŞLANILDI

AKP-nin SUSQUN RAZILIĞI

AKP-nin SUSQUN RAZILIĞI

Bakıda idmançı məşq zamanı VƏFAT ETDİ

Bakıda idmançı məşq zamanı VƏFAT ETDİ

İlham Əliyev Türkiyədəki görüşdə iştirak edə bilməyəcək

İlham Əliyev Türkiyədəki görüşdə iştirak edə bilməyəcək

İspaniyada qatar qəzasının son STATİSTİKASI: 69 ölü, 100-dən çox yaralı, 64 itkin

İspaniyada qatar qəzasının son STATİSTİKASI: 69 ölü, 100-dən çox yaralı, 64 itkin

Axtarışa verilmiş şəxslərin neçə faizi bu il ələ keçirilib?

Axtarışa verilmiş şəxslərin neçə faizi bu il ələ keçirilib?

Xocalıda icazəsiz at sürənlər CƏRİMƏLƏNDİ

Xocalıda icazəsiz at sürənlər CƏRİMƏLƏNDİ

AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib – FOTO

AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib – FOTO

"Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu - VİDEO

"Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu - VİDEO

Xalq artisti: “Məktəb vaxtı 2-3 oğlanı sevirdim, adam yerinə qoyub üzümə baxmırdılar” - (Video)

Xalq artisti: “Məktəb vaxtı 2-3 oğlanı sevirdim, adam yerinə qoyub üzümə baxmırdılar” - (Video)

Estoniya-Rusiya sərhədində "SİNGAPUR SƏDDİ": 150 bunker inşa edilir

Estoniya-Rusiya sərhədində "SİNGAPUR SƏDDİ": 150 bunker inşa edilir

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirildi – FOTO

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirildi – FOTO

Kardioloq qan təzyiqini aşağı salan tərəvəzi açıqladı

Kardioloq qan təzyiqini aşağı salan tərəvəzi açıqladı

İsrail seçkilərindən SON XƏBƏR: Netanyahu bloku 53, müxalifət 48 mandat qazanır

İsrail seçkilərindən SON XƏBƏR: Netanyahu bloku 53, müxalifət 48 mandat qazanır

Sabah Masallının bir sıra yaşayış məntəqələrində qaz olmayacaq

Sabah Masallının bir sıra yaşayış məntəqələrində qaz olmayacaq

Paşinyan: “Sülh sazişi imzaladıqdan sonra baş nazir vəzifəsini başa vuracam”

Paşinyan: “Sülh sazişi imzaladıqdan sonra baş nazir vəzifəsini başa vuracam”

Köhnə "Nokia"larda da "ChatGPT"dən istifadə REALLIĞA ÇEVRİLİR

Köhnə "Nokia"larda da "ChatGPT"dən istifadə REALLIĞA ÇEVRİLİR

End of content

No more pages to load

RADİO