Tezliklə süni intellekt vasitəsilə beyin əməliyyatları aparılacaq

Britaniyanın aparıcı neyrocərrahları bildiriblər ki, iki il ərzində süni intellektdən (AI) istifadə edərək beyin əməliyyatı aparılması mümkün ola bilər ki, bu da neyrocərrahiyyəni daha təhlükəsiz və effektiv edir.

Bizim.Media BBC telekanalına istinadla xəbər verir ki, təcrübəli cərrahlar daha dəqiq beyin əməliyyatı aparmaq məqsədilə yeni AI texnologiyası ilə işləyirlər.

London Universitet Kollecində işlənib hazırlanmış və süni intellekti vasitəsilə keçiləcək əməliyyat kiçik şişləri və beyinin mərkəzindəki qan damarları kimi kritik strukturları aşkar edir. Britaniya hökuməti hesab edir ki, bu metod neyrocərrahiyyə sahəsində mühüm addım olacaq.
Beyin cərrahiyyəsi dəqiqlik tələb edən və zəhmətli əməliyyatdır. Belə ki, cəmi bir millimetrlik şişi yanlış yoldan çıxarmaq xəstəni dərhal öldürə bilər. Beyinin mərkəzində yerləşən üzüm ölçüsündə olan hipofiz vəzini zədələməkdən də çəkinmək vacibdir.

O, orqanizmin bütün hormonlarını idarə edir və onunla bağlı hər hansı problem korluğa səbəb olur. Britaniya Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanasının məsləhətçisi, neyrocərrah Hani Markus deyir: "Əgər əməliyyat zamanı kiçik hərəkətlər etsəniz, o zaman şişi kifayət qədər çıxarmamaq riskiniz var. Əksinə, çox böyük sahədə əməliyyat aparsanız, bu, həqiqətən, beyinin vacib strukturlarına zərər verə bilər".

Süni intellekt sistemi bu tip hipofiz cərrahiyyəsinin 200-dən çox videosunu təhlil edib və 10 ay ərzində cərrahın 10 il qazanacağı təcrübə səviyyəsinə çatıb. "Mənim kimi cərrahlar - hətta çox təcrübəli olsanız belə - süni intellektin köməyi ilə bu sərhədi tapmaq üçün daha yaxşı iş görə bilərlər", -deyə Markus vurğulayıb.

Onun sözlərinə görə, neyrocərrahlar bir neçə ildən sonra hər hansı bir insanın indiyə qədər görmədiyi və ya görə bilmədiyi daha çox əməliyyatı yerinə yetirəcək AI sisteminə sahib ola bilərlər.

AI, eyni zamanda, cərrahları beyinin lazımi nöqtəsinə daha tez yönəldəcək və əməliyyatın hansı mərhələdə olmasını müəyyən edəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vüsalə Əlizadənin anası xəstəxanaya YERLƏŞDİRİLDİ - FOTO

Vüsalə Əlizadənin anası xəstəxanaya YERLƏŞDİRİLDİ - FOTO

165 nömrəli marşrutdan ŞİKAYƏT – Sərnişinlər saatlarla niyə avtobus GÖZLƏYİR?

165 nömrəli marşrutdan ŞİKAYƏT – Sərnişinlər saatlarla niyə avtobus GÖZLƏYİR?

DİN-dən ahıl vətəndaşlara qarşı dələduzluq halları ilə bağlı əhaliyə MÜRACİƏT

DİN-dən ahıl vətəndaşlara qarşı dələduzluq halları ilə bağlı əhaliyə MÜRACİƏT

Beşinci övladını evdə dünyaya gətirdi – VİDEO

Beşinci övladını evdə dünyaya gətirdi – VİDEO

Azərbaycanda son zamanlar yayılan xəstəlik NƏDİR? – Həkim GÖZLƏNİLƏN TƏHLÜKƏLƏRDƏN danışdı

Azərbaycanda son zamanlar yayılan xəstəlik NƏDİR? – Həkim GÖZLƏNİLƏN TƏHLÜKƏLƏRDƏN danışdı

64 yaşlı qadın dəm qazının qurbanı oldu

64 yaşlı qadın dəm qazının qurbanı oldu

Meyiti tapılan Kamalın papağı başqa yerdə aşkarlanıb - Ayaqqabısının bir tayı isə yoxdur...

Meyiti tapılan Kamalın papağı başqa yerdə aşkarlanıb - Ayaqqabısının bir tayı isə yoxdur...

Ən çox qar bu rayonlara yağıb - FAKTİKİ HAVA

Ən çox qar bu rayonlara yağıb - FAKTİKİ HAVA

Hava məkanları bağlandı, uçuşlar ləğv edildi: Hücum başlayır?

Hava məkanları bağlandı, uçuşlar ləğv edildi: Hücum başlayır?

Əti əsla bu paketdə dondurmayın: səbəb

Əti əsla bu paketdə dondurmayın: səbəb

Güclü külək nəticəsində Bakıda neçə ağac aşıb?

Güclü külək nəticəsində Bakıda neçə ağac aşıb?

Arvadının burnunu sındırdı: “Taksidən düşəndə...”

Arvadının burnunu sındırdı: “Taksidən düşəndə...”

Varlanacaq bürclər - Şans qapıları açıldı

Varlanacaq bürclər - Şans qapıları açıldı

Həmkarını öldürən müəllim YENİDƏN məhkəmə qarşısında

Həmkarını öldürən müəllim YENİDƏN məhkəmə qarşısında

Şimal bölgəsi də ağ örpəyə büründü – FOTO/VİDEO

Şimal bölgəsi də ağ örpəyə büründü – FOTO/VİDEO

Cərrahi əməliyyatları robotlar HƏYATA KEÇİRƏCƏK – Tibb universitetlərinin SONU YAXINLAŞIR?

Cərrahi əməliyyatları robotlar HƏYATA KEÇİRƏCƏK – Tibb universitetlərinin SONU YAXINLAŞIR?

Avropa liderləri Davosda Trampla görüşəcək – Gündəm Ukraynanın təhlükəsizlik zəmanətləridir

Avropa liderləri Davosda Trampla görüşəcək Gündəm Ukraynanın təhlükəsizlik zəmanətləridir

Usta işlədiyi obyekti qarət etdi - VİDEO

Usta işlədiyi obyekti qarət etdi - VİDEO

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Magistratura imtahanında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!

Magistratura imtahanında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!

Yollar qardan belə təmizlənir – VİDEO

Yollar qardan belə təmizlənir – VİDEO

ADY-dən sərnişinlərə MÜRACİƏT

ADY-dən sərnişinlərə MÜRACİƏT

Fərəh Pəhləvidən İran ordusuna - Çağırış

Fərəh Pəhləvidən İran ordusuna - Çağırış

DYP-dən sürücülərə ÇAĞIRIŞ: “Piyadaların üzərinə su sıçratmaq yolverilməzdir!”

DYP-dən sürücülərə ÇAĞIRIŞ: “Piyadaların üzərinə su sıçratmaq yolverilməzdir!”

End of content

No more pages to load

RADİO