Meyiti tapılan Kamalın papağı başqa yerdə aşkarlanıb - Ayaqqabısının bir tayı isə yoxdur...

Yanvarın 9-u Xəzər rayonunun Türkan qəsəbəsində yaşayan Kamal Vahid oğlu Atakişiyevin meyitinin aşkarlanması ilə bağlı araşdırmalar davam edir.

Bizim.Media xəbər verir ki, mərhumun ölümü ətrafında yaranan ziddiyyətli detallar istintaq üçün suallar doğurub.

Belə ki, həmin gün onun meyiti sahibkar Hacı Seyfələ məxsus daş karxanasında, torpaq qalaqlarının arasında aşkar edilib. Hadisə ilə bağlı yayılan məlumatlar isə bir-birini təkzib edir. İlkin diqqətçəkən detallardan biri onun ayaqqabılarından birinin tapılmaması olub. Bu fakt hadisənin adi bədbəxt hadisə olmadığı ehtimallarını gücləndirib.

Daha sonra istintaq zamanı daha bir müəmmalı məqam üzə çıxıb. İstintaqçılar ayaqqabının itmiş bir tayını axtardıqları vaxt Kamal Atakişiyevin papağı kəndin başqa bir küçəsində tapılıb.
 

Papağın həmin əraziyə necə düşdüyü indiyədək naməlum olaraq qalır. Daha da maraqlısı odur ki, papağın aşkar edildiyi ərazidə aparılan axtarışlara baxmayaraq, ayaqqabının itmiş bir tayına rast gəlinməyib. Bu uyğunsuzluq hadisə ilə bağlı sualları daha da artırır. Əgər papaq K.Atakişiyevin başından düşübsə, onun niyə yerdən götürmədiyi, hansı vəziyyətdə olduğu və həmin anlarda nə baş verdiyi hələ də cavabsızdır.


Ayaqqabının bir tayının itməsi istintaq üçün təsadüfi detal deyil. Belə hallarda ayaqqabının tapıldığı yer çox vaxt hadisənin real baş verdiyi məkanı müəyyən etməyə imkan verir.

Əgər mərhum hansısa ərazidə kiminləsə mübahisə edib, fiziki qarşıdurma yaşayıbsa, ayaqqabının məhz həmin məkanda qalması ehtimalı yüksəkdir. Bu məqam isə Kamal Atakişiyevin başqa bir məkanda öldürülməsi, meyitinin isə sonradan işlədiyi daş karxanasının ərazisinə atılması ehtimalını gündəmə gətirir.

Qarşıdurma, sürüklənmə və ya məcburi daşınma zamanı ayaqqabının çıxması kriminal təcrübədə tez-tez rast gəlinən hallardandır. Papağın bir küçədə, meyitin isə tamam başqa ərazidə tapılması hadisənin bir məkanda deyil, bir neçə nöqtədə baş verdiyi ehtimalını gücləndirir.

Yerli sakinlər arasında da K.Atakişiyevin meyitinin karxana ərazisinə sonradan atıldığı iddiaları dolaşır. Lakin bu iddiaları təsdiqləyən və ya təkzib edən rəsmi açıqlama hələlik yoxdur.
 

Mərhumu tanıyanların bildirdiyinə görə, Kamal Atakişiyev Hacı Seyfələ məxsus daş karxanasında fəhlə kimi çalışıb, “KamAZ” maşınlarına daş yükləməklə məşğul olub. Qohumları ilə birlikdə gecə saatlarında 7-8 yük maşınına daş yüklədiyi, hər fəhləyə 40-50 manat qazanc düşdüyü deyilir.


Gündəlik spirtli içki qəbul etsə də, işləyən, zəhməti ilə dolanan biri kimi tanınıb. Hazırda Kamal Atakişiyevin meyiti ekspertiza üçün Xəzər rayon Məhkəmə-Tibb Ekspertizasına aparılıb.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılır. İstintaqın cavablandırmalı olduğu əsas sual isə hələ açıq qalır - Kamal Atakişiyev harada və hansı şəraitdə həyatını itirib? (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vətən müharibəsinin XRONİKASI: 12 oktyabr – VİDEO

Vətən müharibəsinin XRONİKASI: 12 oktyabr – VİDEO

İran Hörmüzü keçən gəmilərə xəbərdarlıq etdi

İran Hörmüzü keçən gəmilərə xəbərdarlıq etdi

Zelenski: “Enerji daşıyıcılarının bahalaşmasının Ukrayna ilə əlaqəsi yoxdur”

Zelenski: “Enerji daşıyıcılarının bahalaşmasının Ukrayna ilə əlaqəsi yoxdur”

Aİ rusiyalı turistlər üçün viza qaydalarını sərtləşdirir

Aİ rusiyalı turistlər üçün viza qaydalarını sərtləşdirir

Üç çəki dərəcəsində dünya çempionu olan boksçu vəfat etdi

Üç çəki dərəcəsində dünya çempionu olan boksçu vəfat etdi

Bakı Caz Festivalı İçərişəhərdə başa çatdı - FOTO

Bakı Caz Festivalı İçərişəhərdə başa çatdı - FOTO

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev

“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev

Qazaxda ağır qəza: 3 nəfər xəsarət aldı

Qazaxda ağır qəza: 3 nəfər xəsarət aldı

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO

Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO

Husilər Səudiyyə Ərəbistanına ballistik raket və PUA-larla zərbələr endiriblər

Husilər Səudiyyə Ərəbistanına ballistik raket və PUA-larla zərbələr endiriblər

Sumqayıtda dəm qazından boğulan şəxs sahibkar imiş

Sumqayıtda dəm qazından boğulan şəxs sahibkar imiş

“Slaviya” Bakıda - VİDEO

“Slaviya” Bakıda - VİDEO

Rusiya Xarkovun ətrafını və İvano-Frankovskini vurdu: 6 ölü var

Rusiya Xarkovun ətrafını və İvano-Frankovskini vurdu: 6 ölü var

ABŞ-da kanadalı ekspert həbs edildi

ABŞ-da kanadalı ekspert həbs edildi

Repetitorlar hansı sınaqlar qarşısındadırlar?

Repetitorlar hansı sınaqlar qarşısındadırlar?

Trampın nəvəsi dəbdəbəli mənzili və 531 dollarlıq kosmetikasına görə tənqid olundu

Trampın nəvəsi dəbdəbəli mənzili və 531 dollarlıq kosmetikasına görə tənqid olundu

Lyayen: “Ukraynadakı müharibə "yeni, daha qaranlıq mərhələyə" qədəm qoyub”

Lyayen: “Ukraynadakı müharibə "yeni, daha qaranlıq mərhələyə" qədəm qoyub”

Zelenski Rusiyanı Xarkovdakı İstilik-Elektrik Mərkəzinə zərbə endirməkdə ittiham etdi

Zelenski Rusiyanı Xarkovdakı İstilik-Elektrik Mərkəzinə zərbə endirməkdə ittiham etdi

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

Lyuis Hemiltonun yarışdan sonra səhhəti pisləşdi

Lyuis Hemiltonun yarışdan sonra səhhəti pisləşdi

Kredit faizləri ilə bağlı meyar dəyişdi - VİDEO

Kredit faizləri ilə bağlı meyar dəyişdi - VİDEO

Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - VİDEO

Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - VİDEO

End of content

No more pages to load

RADİO