Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə ehtiram olaraq “Anım Günü” keçirilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı ölkəmizin sayılıb-seçilən mədəniyyət və incəsənət nümayyəndələri Zəfər parkını ziyarət ediblər.
Ziyatçilər arasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvləri, Azərbaycan Milli Konservatoriyasının və Akademik Milli Dram Teatrının kollektivi yer alıb. Sənətçilər ziyarət zamanı çəkilən fotoları sosial şəbəkə hesablarında paylaşıblar.
Rəşad Əliyev, Bizim.Media