Azərbaycan və Albaniyanın XİN başçıları Qarabağdakı son vəziyyəti müzakirə ediblər - FOTO

22 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Albaniyanın Avropa və xarici işlər naziri İgli Hasani ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. 

Görüşdə Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, habelə beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq imkanları müzakirə edilib. Son dövrlərdə iki ölkə arasında yüksək səviyyəli təmasların, o cümlədən qarşılıqlı səfərlərin intensivliyindən məmnunluq ifadə olunub. 

Nazir Ceyhun Bayramov həmkarını bölgədəki son vəziyyət, habelə Azərbaycanın Qarabağ regionunda lokal antiterror tədbirlərini şərtləndirən səbəblər, Azərbaycan Ermənistan arasında normallaşma prosesi, Azərbaycanın Qarabağ bölgəsində erməni əhalinin reinteqrasiyası istiqamətində atılmış addımlar barədə məlumatlandırıb. 
Görüşdə Azərbaycanın cəlb olunmuş beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirdiyi səylərinə baxmayaraq Ermənistan və onun ərazilərimizdə qurduğu qondarma rejimin təhrikçi və təxribatçı əməllərinin bölgədə gərginliyə səbəb olduğu vurğulanıb.

Azərbaycan tərəfindən görülən tədbirlərin Ermənistanın qanunsuz hərbi infrastrukturunu zərərsizləşdirmək, erməni silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək ərazilərimizdən çıxarmaq məqsədi daşıdığı və bunun suveren ərazilərimizdə təhlükəsizliyi qorumaq məqsədilə beynəlxalq hüquq və Konstitusiyamızdan irəli gələn hüquqlara tamamilə uyğun olduğu bildirilib. 

Bu gün bölgədə Azərbaycanın Qarabağ regionunun erməni əsilli sakinlərinin praktiki olaraq reinteqrasiyasına tarixi bir imkanın yarandığını diqqətə çatdıran nazir Ceyhun Bayramov Yevlaxda keçirilmiş görüşün müsbət nəticələr gətirəcəyinə əminliyini ifadə edib. 

Görüşdə tərəflər həmçinin iki ölkə arasında gündəlikdə duran enerji, ticari, iqtisadi məsələlər, habelə mövcud sərmayə imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıb. 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Qara Tofiq VƏFAT ETDİ

Qara Tofiq VƏFAT ETDİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

Babək Niftəliyevdən oğluna ad günü hədiyyəsi - VİDEO

Babək Niftəliyevdən oğluna ad günü hədiyyəsi - VİDEO

End of content

No more pages to load

RADİO