Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 21-də Ermənistanda qeyd olunan Müstəqillik Günü münasibətilə soydaşlarına müraciətində Qarabağ haqda bir kəlmə belə işlətməyib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni mətbuatı yayıb.
Paşinyan bildirib ki, Ermənistanın gələcək inkişafı üçün “münaqişəsiz mühit” lazımdır, ölkə müstəqillik naminə bu yolla getməlidir:
“Sülh həm təhlükəsizliyi, həm də müstəqilliyi və suverenliyi təmin edən amildir”.
Bizim.Media