BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclası cümə axşamı, sentyabrın 21-nə təyin edilib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, görüşün Nyu-York vaxtı ilə günün ikinci yarısında baş tutacağı gözlənilir.
Qeyd edilib ki, bu günlərdə BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi keçirilir. Bu səbəbdən də bir neçə nümayəndə heyətinin rəhbərinin iclasda iştirakı gözlənilir.
Bizim.Media