Əməkdar artist Sevda Ələkbərzadə “Uber” taksi şirkətinin dələduzluq etdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, sənətçi sözügedən xidmətdən istifadə etmədiyi halda şirkətin onun bank kartından pul çıxardığını yazıb.
Məsələ ilə bağlı S.Ələkbərzadə sosial şəbəkə hesabında post paylaşıb.
“Studiyada otura-otura "Uber"dən mesaj gəldi ki, yaxşı yol. Kartımdan da pul çıxdı. Əcəb yaxşıdır. Niyə də, niyə?”, - deyə Sevda bildirib.
Rəşad Əliyev, Bizim.Media