Türkiyədə Zəfər bayramı QEYD OLUNUR 

Avqustun 30-u Türkiyə tarixinin ən önəmli günlərindən biri - Zəfər bayramıdır. 1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib. 

Bizim.Media xəbər verir ki, Türkiyəni 30 avqust zəfərinə və Cümhuriyyətə aparan yol çox çətin və mürəkkəb olub. 

1920-ci ilin avqustunda Birinci Dünya müharibəsində ağır məğlubiyyətə düçar olan Osmanlı Türkiyəsi Paris yaxınlığındakı Sevr şəhərində müttəfiq Qərb dövlətləri (Britaniya, Fransa, ABŞ) tərəfindən masaya qoyulan təslimçi sazişə imza atmalı olmuşdu.

Həmin sazişə görə, Osmanlı imperatorluğu 1914-cü ilə qədər olan ərazilərinin dörddə üçünü, o cümlədən indiki Türkiyənin böyük bir hissəsini itirirdi...

Mustafa Kamal Paşanın rəhbərliyi ilə Qurtuluş savaşına qalxan Türkiyə xalqı İstanbuldakı Sultan hakimiyyətinin imzaladığı təslimçi sazişi etirazla qarşıladı, Ankarada toplanan Türkiyə Böyük Millət Məclisi onu təsdiqləməkdən imtina etdi. Türk millətinin və Türkiyə dövlətçiliyinin var olduğunu dünyaya və Qərb müttəfiqlərinə qəbul etdirmək üçün isə hər şeydən öncə hərb meydanında zəfər lazım idi.

1921-ci ildə qalibiyyətlə başa çatan Sakarya savaşı türk ordusunun bu əzmini nümayiş etdirmişdi. 1922-ci ilin avqustundakı “Böyük Taarruz” (“Böyük Hücum”) zəfərinin təməli də Sakarya savaşında qoyulmuşdu.

1922-ci il avqustun 26-da sübh tezdən türk qoşunları baş komandan Mustafa Kamal Paşanın əmri ilə düşmən üzərinə hücuma keçdi.

İki gün içində yunan ordusunun beş diviziyası darmadağın edildi. 30 avqustda artıq yunan qoşunları müdafiə qabiliyyətini itirmişdi. Əskişəhər və Afyonu tamamilə nəzarətə götürən türk hərbi birlikləri yunan qoşunlarını bütün cəbhə boyunca qovaraq sentyabrın 6-7-də Balıkəsir və Aydını azad etdi, sentyabrın 9-da isə yunanların müdafiə xəttini yararaq İzmirə daxil oldu. İki həftə içində türk ordusu 100 kilometr enində cəbhə boyunca 500-600 kilometr irəliləmiş, yunan qoşunlarının qalıqları Aralıq dənizinə çataraq gəmilərlə bölgəni tərk etməyə başlamışdılar.

Bu zəfər naminə 13 min türk əsgəri canını fəda etmişdi... Zəfər bayramı ilk dəfə 1923-cü il avqustun 30-da Afyonqarahisar, Ankara və İzmirdə qeyd edilib. Rəsmi olaraq Zəfər bayramı 1936-cı ilin may ayında elan olunub.
30 avqust zəfəri türk xalqının və Türkiyənin tarixində yeni bir səhifə açdı. Bu zəfər sayəsində Sevr sazişi tarixin zibilliyinə atıldı. İrəlidə bütün vətən torpağında suverenliyi bərqərar etmək missiyası dururdu. Bir il sonra, 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Paşa Türkiyə Cümhuriyyətini elan etdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah hava necə OLACAQ?

Sabah hava necə OLACAQ?

“Şamaxı” “Qarabağ”la, “Sabah” “Zirə” ilə qarşılaşır

“Şamaxı” “Qarabağ”la, “Sabah” “Zirə” ilə qarşılaşır

Arıqlamaq istəyirsizsə, bu qidalardan UZAQ durun

Arıqlamaq istəyirsizsə, bu qidalardan UZAQ durun

Daha çox evli, yoxsa subay insanlar xərçəng olur?

Daha çox evli, yoxsa subay insanlar xərçəng olur?

Masazırda iki qadın qətlə yetirilib

Masazırda iki qadın qətlə yetirilib

Tərtərdə 7 yaşlı qız kanala düşərək boğulub

Tərtərdə 7 yaşlı qız kanala düşərək boğulub

Qubanın daha bir kəndində SÜRÜŞMƏ baş verib – FOTO

Qubanın daha bir kəndində SÜRÜŞMƏ baş verib – FOTO

Tərtərdə iki nəfər dönərdən zəhərlənib

Tərtərdə iki nəfər dönərdən zəhərlənib

Sumqayıt qəbiristanlığından meyit TAPILIB

Sumqayıt qəbiristanlığından meyit TAPILIB

Kişi qadının soyadını götürəndə niyə qınanır? – Ailələrin ad üzərindən GÜC GÖSTƏRİŞİ

Kişi qadının soyadını götürəndə niyə qınanır? – Ailələrin ad üzərindən GÜC GÖSTƏRİŞİ

“Windows”dan imtina edirlər

“Windows”dan imtina edirlər

Tiktoker insan alverinə görə HƏBS olundu

Tiktoker insan alverinə görə HƏBS olundu

Xurmanın saymaqla bitməyən FAYDALARI

Xurmanın saymaqla bitməyən FAYDALARI

Şahbaz Şərif: “ABŞ-İran danışıqlarının nəticəsi Allahın əlindədir”

Şahbaz Şərif: “ABŞ-İran danışıqlarının nəticəsi Allahın əlindədir”

AYNA-dan taksilərlə bağlı AÇIQLAMA

AYNA-dan taksilərlə bağlı AÇIQLAMA

Paşinyanın kortejində QƏZA - 1 ölü, 12 yaralı

Paşinyanın kortejində QƏZA - 1 ölü, 12 yaralı

Tolik yenidən efirə qayıdır?

Tolik yenidən efirə qayıdır?

Vens İslamabaddadır - VİDEO

Vens İslamabaddadır - VİDEO

Azərbaycana xaricdən gətirilən arılar RİSK yaradır - Arıçılardan HƏYƏCAN TƏBİLİ – FOTO

Azərbaycana xaricdən gətirilən arılar RİSK yaradır - Arıçılardan HƏYƏCAN TƏBİLİ – FOTO

Qəzalarda ölən hər 3 nəfərdən 1-i təhlükəsizlik kəmərini bağlamayıb

Qəzalarda ölən hər 3 nəfərdən 1-i təhlükəsizlik kəmərini bağlamayıb

Yaz üçün ən faydalı vitamin hansıdır?

Yaz üçün ən faydalı vitamin hansıdır?

Rusiya Odessanı PUA-larla vurdu - Ölənlər var

Rusiya Odessanı PUA-larla vurdu - Ölənlər var

Hərbçilərimizin Türkiyədə təlimi davam edir - FOTO/VİDEO

Hərbçilərimizin Türkiyədə təlimi davam edir - FOTO/VİDEO

Bakıda evi yeni alan şəxslər həyətdən cadu tapdılar — VİDEO

Bakıda evi yeni alan şəxslər həyətdən cadu tapdılar — VİDEO

End of content

No more pages to load

RADİO