“Sputnik Armeniya”-nın Xankəndidə fəaliyyətinin dayandırmasının MARAQLI SƏBƏBLƏRİ

Xəbər verdiyimiz kimi “Sputnik Ermənistan” radiostansiyası 2023-cü il sentyabrın 1-dən etibarən Xankəndidə fəaliyyətini dayandırır.

Bəs, belə bir qərarın qəbul edilməsini zəruri edən səbəb nədir?

Mövzu ilə bağlı xarici siyasət üzrə ekspert Əziz Əlibəyli ilə həmsöhbət olduq. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, “Sputnik Armeniya” radiostansiyasının Xankəndidə fəaliyyətinin dayandırmasını bir sıra səbəbləri var:

“Təxminən bir həftə əvvəl  “Sputnik Armeniya” həm Xankəndidə, həm də İrəvanda hava haqqında xəbər vermişdi. Həmin xəbərdə təxminən belə bir ifadə vardı:”

İrəvanda soyuq və yağıntılı, Xankəndidə isə olduqca isti hava gözlənilir. Ona görə də Xankəndidə günvurmadan qorunmaq üçün müvafiq tədbirlər görülməlidir”.  

Erməni KİV-ləri bu məlumatı elə tirajladılar ki, guya burada havanın yox, siyasi proseslərin proqnozları verilib. Hətta “Sputnik Armeniya”nı Azərbaycana stavka etməkdə günahlandıranlar da oldu. Bir sözlə adi hava haqında xəbər erməni cəmiyyətində əməlli-başlı qalmaqal yaratdı”.

Ekspert iikinci bir məqama da toxunub:

“İkinci məqam odur ki, son günlər Rusiya vətəndaşlığı olan ermənilər kütləvi şəkildə Qarabağı tərk edir. Bu məsələ ermənilər arasında müəyyən ajiotaj yaratdı. Bəzi ermənilər iddia edirdilər ki, Rusiya vətəndaşlığı olan ermənilər Qarabağdan ona görə çıxarılır ki,  guya  Azərbaycan Qarabağda xüsusi əməliyyat hazırlayır. 

Bundan xəbərdar olan Rusiya öz vətəndaşlarını qorumaq üçün bu addımı atır. Və  yaxud da əcnəbi vətəndaşlar rəsmi Bakının təkidi ilə Qarabağdan çıxarılır. Hətta belə bir fikir də dolaşdı ki, guya  General Lentsov erməniləri Laçın NBM-dən yola salarkən onlara deyib ki, bir daha Qarabağa qayıtmaq istəsəniz marşrutu Bakı üzərindən seçməlisiniz. Bu mənada “Sputnik Armeniya”nın Xankəndindən çıxarılması həmin layihənin bir parçasıdır”.

Əziz Əlibəylinin fikrinə görə  Rusiya Ermənistanı daha əvvəlki kimi müdafiə etmək istəmir:

“Üçüncü məqam ondan ibarətdir ki, “Sputnik Armeniya” nın Xankəndi ofisinin bağlanması növbəti mərhələdə bu ofisin “Sputnik Azərbaycan” tərəfinfən idarə olunacağı ehtimalıdır. Bu qənaətsə ondan doğur ki, avqustun 16-da BMT TŞ-nin Laçın koridoru ilə bağlı müzakirələrdə Rusiya daha çox Azərbaycanın maraqlarını müdafiə etdi. Yəni Rusiya daha əvvəlki kimi Ermənistanı müdafiə etmir. Bax, bu 3 səbəb “Sputnik Armeniya”nın Xankəndidəki  ofisinin bağlanmasına səbəb olan amillərdir”.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ötən gecə Rusiyanın strateji obyektləri vuruldu - Yanğınlar başladı – VİDEO

Ötən gecə Rusiyanın strateji obyektləri vuruldu - Yanğınlar başladı – VİDEO

Azərbaycanda ad və soyadını dəyişənlərin sayı AÇIQLANDI – İllər üzrə STATİSTİKA

Azərbaycanda ad və soyadını dəyişənlərin sayı AÇIQLANDI – İllər üzrə STATİSTİKA

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

DÇ-2026: 1/4 finalın cütlükləri və oyun təqvimi

DÇ-2026: 1/4 finalın cütlükləri və oyun təqvimi

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Şüvəlanda dənizdə batan şəxsin meyiti tapıldı

Şüvəlanda dənizdə batan şəxsin meyiti tapıldı

Makron erası bitir: Marin Le Pen prezidentliyə namizəd olacaq - VİDEO

Makron erası bitir: Marin Le Pen prezidentliyə namizəd olacaq - VİDEO

DİQQƏT! Mingəçevir və Bakının iki rayonunda işıq olmayacaq

DİQQƏT! Mingəçevir və Bakının iki rayonunda işıq olmayacaq

38 yaşlı kişi bıçaqlandı: Vəziyyəti ağırdır

38 yaşlı kişi bıçaqlandı: Vəziyyəti ağırdır

Gəncədə 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

Gəncədə 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

Qurbanqulu Berdiməhəmmədov "Dostlug" tankerinə görə Azərbaycana təşəkkür etdi

Qurbanqulu Berdiməhəmmədov "Dostlug" tankerinə görə Azərbaycana təşəkkür etdi

Konfrans Liqası: "Zirə" "Torpedo Kutaisi"ni qəbul edir

Konfrans Liqası: "Zirə" "Torpedo Kutaisi"ni qəbul edir

Məşhur müğənni tək qalmaq üçün bir kəndi satın aldı

Məşhur müğənni tək qalmaq üçün bir kəndi satın aldı

Ailə institutuna yeni TƏHLÜKƏ - Sosial şəbəkələr uşaqları necə dəyişir?

Ailə institutuna yeni TƏHLÜKƏ - Sosial şəbəkələr uşaqları necə dəyişir?

Müharibə davam etdikcə güclənirlər... - Rusiyanın UĞUR SİRRİ

Müharibə davam etdikcə güclənirlər... - Rusiyanın UĞUR SİRRİ

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

Ərdoğan Yunanıstan Baş nazirini “Mehtər marşı” ilə qarşıladı – VİDEO

Ərdoğan Yunanıstan Baş nazirini “Mehtər marşı” ilə qarşıladı – VİDEO

Ağdərədə mikroavtobus dərəyə aşdı: Xəsarət alanlar var

Ağdərədə mikroavtobus dərəyə aşdı: Xəsarət alanlar var

"250 milyard dollar var, amma xərcləyə bilmirik"

"250 milyard dollar var, amma xərcləyə bilmirik"

Çətin günlər bitdi - bu bürclər özünü yenidən xoşbəxt hiss edəcək

Çətin günlər bitdi - bu bürclər özünü yenidən xoşbəxt hiss edəcək

Prezidentlə Baş nazirin liderlik mübahisəsi NATO Zirvəsinədək uzandı - Fotolar

Prezidentlə Baş nazirin liderlik mübahisəsi NATO Zirvəsinədək uzandı - Fotolar

Ev almaq istəyənlərin NƏZƏRİNƏ – Bu ərazilərdə 20 faiz bahalaşma olacaq

Ev almaq istəyənlərin NƏZƏRİNƏ – Bu ərazilərdə 20 faiz bahalaşma olacaq

Kiyev ballistik raketlərlə vuruldu - Xəsarət alanlar var - VİDEO

Kiyev ballistik raketlərlə vuruldu - Xəsarət alanlar var - VİDEO

End of content

No more pages to load

RADİO