Kriteriyum üzrə Azərbaycan çempionatı keçirilib

Avqustun 23-24-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə şose velosipedinin kriterium növü üzrə Azərbaycan Kuboku yarışının I mərhələsi keçirilib. Ümumilikdə 78 oğlan velosipedçinin iştirak etdiyi turnir Səbail rayonunda yerləşən Veloparkda baş tutub.

Bizim.Media xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışın ilk günündə 2005-2007-ci il təvəllüdlü idmançılar 30 km (11 nəfər, 20 dairə, 10 ara finiş), 2008-2009-cu il təvəllüdlü velosipedçilər 24 km (28 nəfər, 16 dairə, 8 ara finiş), 2010-2012-ci il təvəllüdlü idmançılar isə 10 km (12 nəfər, 10 dairə, 5 ara finiş) məsafəyə kriterium növündə mübarizə aparıblar.

Turnirin ikinci günündə isə kriterium növündə yarışmayan 2009-cu il və daha kiçik təvəllüdlü idmançılar dağ velosipedləri ilə 10 km (27 nəfər, 10 dairə) məsafəyə qrup ötüşməsində güclərini sınayıblar.

Nəticələrə əsasən, kriterium növündə 2005-2007-ci il təvəllüdlü idmançılar arasında Tural İsrafilov  (ROEQİUGVM, 55 xal), 2008-2009-cu il təvəllüdlü velosipedçilərin yarışında Nihad Xudoyev (ROEQİUGVM, 43 xal), 2010-2012-ci il təvəllüdlü idmançıların mübarizəsində Nihat Xudiyev (ROEQİUGVM, 30 xal), dağ velosipedləri ilə qrup ötüşməsində isə 2009-cu il təvəllüdlü və daha kiçik idmançılar arasında Toğrul Məmmədli (ROEQİUGVM, 24:24:19) birinci yerə layiq görülüblər.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. İlk 3 yerin qaliblərinə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şahbaz Şərif İlham Əliyevə ZƏNG ETDİ: Nələr müzakirə edildi?

Şahbaz Şərif İlham Əliyevə ZƏNG ETDİ: Nələr müzakirə edildi?

Oğlunun ad gününü belə təbrik etdi - Foto

Oğlunun ad gününü belə təbrik etdi - Foto

Bu maşınlar kəskin bahalaşdı - Foto

Bu maşınlar kəskin bahalaşdı - Foto

Müəllim dərs keçmək əvəzinə şagirdlərə Xameneyiyə həsr olunan mahnı oxutdurdu - VİDEO

Müəllim dərs keçmək əvəzinə şagirdlərə Xameneyiyə həsr olunan mahnı oxutdurdu - VİDEO

90 gündən çox gecikdirilən kreditlərlə bağlı dəyişiklik

90 gündən çox gecikdirilən kreditlərlə bağlı dəyişiklik

Məzarsız qalan 17 şəhidin acı taleyi - 33 ildir qalıqları tapılmayan itkin Seymurun ürəkdağlayan hekayəsi – VİDEO

Məzarsız qalan 17 şəhidin acı taleyi - 33 ildir qalıqları tapılmayan itkin Seymurun ürəkdağlayan hekayəsi – VİDEO

Bu gün Ümumdünya Psixi Sağlamlıq Günüdür

Bu gün Ümumdünya Psixi Sağlamlıq Günüdür

Universitetə imtahansız qəbul ümidi ilə kollec seçənlərə xəbərdarlıq

Universitetə imtahansız qəbul ümidi ilə kollec seçənlərə xəbərdarlıq

Sabah 25 dərəcə isti olacaq – PROQNOZ

Sabah 25 dərəcə isti olacaq – PROQNOZ

Gündə minimum addım sayı təyin edildi

Gündə minimum addım sayı təyin edildi

“Kəndimizə” yox, özümüzə qayıtmalıyıq

“Kəndimizə” yox, özümüzə qayıtmalıyıq

Bakıya gəlmişdi, yeni fotosu yayıldı

Bakıya gəlmişdi, yeni fotosu yayıldı

Süni intellektə inanmaq onu uçuruma apardı - Fotolar

Süni intellektə inanmaq onu uçuruma apardı - Fotolar

Ən qeyri-adi bürclər: Onların öz dünyası və qaydaları var

Ən qeyri-adi bürclər: Onların öz dünyası və qaydaları var

Deputatlar ABŞ Konqresinə müraciət etdi

Deputatlar ABŞ Konqresinə müraciət etdi

Dünyanın ən yaraşıqlı kişiləri bu ölkələrdədir - Azərbaycanın yeri

Dünyanın ən yaraşıqlı kişiləri bu ölkələrdədir - Azərbaycanın yeri

ABŞ-da atışma: 5 nəfər öldü

ABŞ-da atışma: 5 nəfər öldü

Seçkidə qalib gələn merin adı müzakirə yaratdı

Seçkidə qalib gələn merin adı müzakirə yaratdı

Cüdoçumuz Camal Qamzatxanov dünya çempionatına qələbə ilə BAŞLADI

Cüdoçumuz Camal Qamzatxanov dünya çempionatına qələbə ilə BAŞLADI

Kredit götürmək istəyən pensiyaçılara ŞAD XƏBƏR

Kredit götürmək istəyən pensiyaçılara ŞAD XƏBƏR

Rusiya Zaporojye şəhərinə hücum etdi: 8 ölü, 16 yaralı var – FOTO/VİDEO

Rusiya Zaporojye şəhərinə hücum etdi: 8 ölü, 16 yaralı var – FOTO/VİDEO

Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı

Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı

Panamadakı güclü zəlzələ nəticəsində azı 27 nəfər xəsarət alıb – VİDEO

Panamadakı güclü zəlzələ nəticəsində azı 27 nəfər xəsarət alıb – VİDEO

Banklar bu şəxslərə kredit verməyəcək

Banklar bu şəxslərə kredit verməyəcək

End of content

No more pages to load

RADİO