Özbəkistanlı qonaqlar Füzulinin Baş planı ilə TANIŞ OLDULAR - YENİLƏNİB - FOTO/VİDEO

Avqustun 23-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərinin Baş planı ilə tanış olublar. 

Bizim.Media xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə, xanımı Ziroatxon Mirziyoyevaya Füzulidə görülən və görüləcək işlər barədə məlumat verib. 

Bildirilib ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur.
Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq. 

Yaşayış ərazilərinin sıxlığının müəyyənləşdirilməsində proqnozlaşdırılan əhali sayı ilə yanaşı, təklif edilən digər şəhər xidmətlərinin yerləşməsi də nəzərə alınıb.

Məşğulluğun və sosial xidmətlərin təmini üçün şəhərdə 9 ümumi və orta təhsil müəssisəsi, 13 məktəbəqədər təhsil müəssisəsi, peşə təhsili müəssisəsi, internat tipli musiqi məktəbi, xəstəxana, idman və sağlamlıq mərkəzi, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman kompleksinin inşası, Qələbə və Memorial park, 6 məhəllə parkı və şəhər meydanının, ərazisi 150 hektardan çox olan ekoparkın salınması planlaşdırılıb. 

Diqqətə çatdırılıb ki, Baş planda Füzuli şəhərinin dayanıqlı inkişafı, ağıllı həllər əsasında qurulması və insanların sağlam həyatını təmin etmək üçün ən müasir şəhərsalma yanaşmaları tətbiq edilib. 

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və xanımı Ziroatxon Mirziyoyevaya işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları barədə də məlumat verilib. 

*** 13:25

Avqustun 23-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərinin Baş planı ilə tanış olublar. 

Bizim.Media xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə, xanımı Ziroatxon Mirziyoyevaya Füzulidə görülən işlərlə bağlı məlumat verib. 
 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ötən gecə Rusiyanın strateji obyektləri vuruldu - Yanğınlar başladı – VİDEO

Ötən gecə Rusiyanın strateji obyektləri vuruldu - Yanğınlar başladı – VİDEO

Azərbaycanda ad və soyadını dəyişənlərin sayı AÇIQLANDI – İllər üzrə STATİSTİKA

Azərbaycanda ad və soyadını dəyişənlərin sayı AÇIQLANDI – İllər üzrə STATİSTİKA

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

DÇ-2026: 1/4 finalın cütlükləri və oyun təqvimi

DÇ-2026: 1/4 finalın cütlükləri və oyun təqvimi

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Şüvəlanda dənizdə batan şəxsin meyiti tapıldı

Şüvəlanda dənizdə batan şəxsin meyiti tapıldı

Makron erası bitir: Marin Le Pen prezidentliyə namizəd olacaq - VİDEO

Makron erası bitir: Marin Le Pen prezidentliyə namizəd olacaq - VİDEO

DİQQƏT! Mingəçevir və Bakının iki rayonunda işıq olmayacaq

DİQQƏT! Mingəçevir və Bakının iki rayonunda işıq olmayacaq

38 yaşlı kişi bıçaqlandı: Vəziyyəti ağırdır

38 yaşlı kişi bıçaqlandı: Vəziyyəti ağırdır

Gəncədə 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

Gəncədə 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

Qurbanqulu Berdiməhəmmədov "Dostlug" tankerinə görə Azərbaycana təşəkkür etdi

Qurbanqulu Berdiməhəmmədov "Dostlug" tankerinə görə Azərbaycana təşəkkür etdi

Konfrans Liqası: "Zirə" "Torpedo Kutaisi"ni qəbul edir

Konfrans Liqası: "Zirə" "Torpedo Kutaisi"ni qəbul edir

Məşhur müğənni tək qalmaq üçün bir kəndi satın aldı

Məşhur müğənni tək qalmaq üçün bir kəndi satın aldı

Ailə institutuna yeni TƏHLÜKƏ - Sosial şəbəkələr uşaqları necə dəyişir?

Ailə institutuna yeni TƏHLÜKƏ - Sosial şəbəkələr uşaqları necə dəyişir?

Müharibə davam etdikcə güclənirlər... - Rusiyanın UĞUR SİRRİ

Müharibə davam etdikcə güclənirlər... - Rusiyanın UĞUR SİRRİ

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

Ərdoğan Yunanıstan Baş nazirini “Mehtər marşı” ilə qarşıladı – VİDEO

Ərdoğan Yunanıstan Baş nazirini “Mehtər marşı” ilə qarşıladı – VİDEO

Ağdərədə mikroavtobus dərəyə aşdı: Xəsarət alanlar var

Ağdərədə mikroavtobus dərəyə aşdı: Xəsarət alanlar var

"250 milyard dollar var, amma xərcləyə bilmirik"

"250 milyard dollar var, amma xərcləyə bilmirik"

Çətin günlər bitdi - bu bürclər özünü yenidən xoşbəxt hiss edəcək

Çətin günlər bitdi - bu bürclər özünü yenidən xoşbəxt hiss edəcək

Prezidentlə Baş nazirin liderlik mübahisəsi NATO Zirvəsinədək uzandı - Fotolar

Prezidentlə Baş nazirin liderlik mübahisəsi NATO Zirvəsinədək uzandı - Fotolar

Ev almaq istəyənlərin NƏZƏRİNƏ – Bu ərazilərdə 20 faiz bahalaşma olacaq

Ev almaq istəyənlərin NƏZƏRİNƏ – Bu ərazilərdə 20 faiz bahalaşma olacaq

Kiyev ballistik raketlərlə vuruldu - Xəsarət alanlar var - VİDEO

Kiyev ballistik raketlərlə vuruldu - Xəsarət alanlar var - VİDEO

DÇ-2026: İsveçrə millisi 1/4 finala vəsiqə qazandı – VİDEO

DÇ-2026: İsveçrə millisi 1/4 finala vəsiqə qazandı – VİDEO

End of content

No more pages to load

RADİO