Əməkdar artist Gülüstan Əliyeva nəvəsi Fərəh ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi nəvəsinin bağçada çəkilən fotosunu izləyiciləri ilə bölüşərək, onun beş yaşı olması münasibəti ilə təbrik edib.
G.Əliyeva paylaşımına “Doğum günün mübarək, Fərəhim mənim” qısa şərhini yazıb.
Qeyd edək ki, Gülüstan Əliyevanın bir oğlan övladı var. Müğənninin oğlunun Fərəhdən savayı Banuçiçək adlı daha bir qızı var.
Rəşad Əliyev, Bizim.Media