Təbrizin Səhənd stadionunda tamaşaçı qadınlara futbola baxmağa icazə veriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Təbrizin İdman və Gənclər İdarəsinin baş direktoru məlumat yayıb.
"Asiya Futbol Konfederasiyasının stadionlarda qadınların iştirakına dəstək verməsinə əsasən, Asiya Çempionlar Liqasının pley-off mərhələsində Güney Azərbaycanın “Traktor” və Birləşmiş Ərəb Əmirliklərinin “Şərcə” komandaları arasında keçirilən oyunda qadın tamaşaçılara izləmək üçün icazə veriləcək”, - deyə direktor bildirib.
Qeyd edək ki, oyun avqustun 22-də keçiriləcək.
Bizim.Media