Avqustun 8-i səhər saatlarında Ukraynadakı müharibədə Rusiyanın itkiləri 560 əsgər olub.
Bizim.Media "RBK-Ukrayna" nəşrinə istinadən xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Mənbə yazır ki, işğalın əvvəlindən bəri Rusiya ordusunun itkilərinin ümumi sayı isə 250,8 min nəfərdir.
Ötən sutkada həmçinin, Ukrayna ordusu Rusiyanın bir helikopterini və 19 artilleriya sistemini məhv edib.
Bizim.Media