Laçında həbs olunan erməniyə tibbi-psixoloji yardım GÖSTƏRİLDİ  

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun üzvləri tərəfindən növbəti başçəkmə keçirilib. 

Ombudsman Aparatından Bizim.Media-ya verilən xəbərə görə, başçəkmə çərçivəsində istintaq təcridxanasında saxlanma şəraiti və rəftar məsələləri, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb, müəssisənin kameralarına, tibb-sanitar hissəsinə, yeməkxanasına, kitabxanasına, gəzinti yerinə baxış keçirilib. 

Ombudsmanın Milli Preventiv Qrupunun üzvlərinin, ixtisasca həkim və psixoloq ekspertlərin də iştirak etdiyi başçəkmə zamanı rəftar məsələlərinin araşdırılması məqsədilə saxlanılan şəxslərlə konfidensial olaraq görüşülüb. 

Müəssisədə digər şəxslərlə yanaşı, 2023-cü il avqustun 1-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini qanunsuz keçdiyinə görə həbs olunmuş Ermənistan vətəndaşı R. Beqlaryan da konfidensial qaydada qəbul edilib.

Milli Preventiv Qrupun üzvləri tərəfindən ona öz dilində qanunvericilik aktları təqdim olunub.

Aparılan söhbət zamanı həbs edilmiş bu şəxsə münasibətdə də hər hansı fərq qoyulmadan hüquqlarının təmin olunduğu, lazımi tibbi-psixoloji xidmətin göstərildiyi müşahidə edilib və özü də bunları müraciətində təsdiq etməklə minnətdarlığını bildirib. 
Başçəkmə zamanı qəbul edilmiş şəxslərə hüquqları üzrə müraciət mexanizmləri izah olunub, eləcə də milli qanunvericilik aktları və beynəlxalq sənədlər, Ombudsmanın 916 Çağrı Mərkəzinə müraciət imkanlarına dair məlumatlandırıcı nəşrlər təqdim olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Doğma yurda köçənlərə evlərinin açarları təqdim olundu – FOTO

Doğma yurda köçənlərə evlərinin açarları təqdim olundu – FOTO

Ukrayna dronu Tararıstandakı zavodu yerlə-yeksan etdi – VİDEO

Ukrayna dronu Tararıstandakı zavodu yerlə-yeksan etdi – VİDEO

Əjdər Məcidov vəfat etdi

Əjdər Məcidov vəfat etdi

82 yaşlı Nebahat Çehre Bodrumda- Fotolar

82 yaşlı Nebahat Çehre Bodrumda- Fotolar

Bu gün təltif olunan generalların DOSYESİ

Bu gün təltif olunan generalların DOSYESİ

Ukraynanın Krımla bağlı PLANI - Rusiya belə cəzalandırılacaq

Ukraynanın Krımla bağlı PLANI - Rusiya belə cəzalandırılacaq

Tramp: “İran hakimiyyəti öz xalqını öldürüb” – VİDEO

Tramp: “İran hakimiyyəti öz xalqını öldürüb” – VİDEO

Namiq İslamzadə və Ələkbər Cahangirov təltif olundu – FOTO

Namiq İslamzadə və Ələkbər Cahangirov təltif olundu – FOTO

Kənan Seyidova birinci müavin təyin edildi

Kənan Seyidova birinci müavin təyin edildi

“Park Yasamal” alıcılara geniş mənzil seçimləri təqdim edir – “Kristal”

“Park Yasamal” alıcılara geniş mənzil seçimləri təqdim edir – “Kristal”

Nazirdən xaricdəki münaqişələrdə iştirak edən vətəndaşlarımıza XƏBƏRDARLIQ

Nazirdən xaricdəki münaqişələrdə iştirak edən vətəndaşlarımıza XƏBƏRDARLIQ

Bu şəxslərə pomidor yemək zərərlidir

Bu şəxslərə pomidor yemək zərərlidir

Bakıda 20 yaşlı oğlan qəfil öldü

Bakıda 20 yaşlı oğlan qəfil öldü

Özünün və digərlərinin həyatını təhlükəyə atdı– Video

Özünün və digərlərinin həyatını təhlükəyə atdı– Video

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

"İşğaldan azad olunmuş ərazilərə köçənlərin sayı 90 mini ötüb"

"İşğaldan azad olunmuş ərazilərə köçənlərin sayı 90 mini ötüb"

Yad yerlərdə bulaqdan su içmək olmaz – Həkimlərdən HƏYƏCAN TƏBİLİ

Yad yerlərdə bulaqdan su içmək olmaz – Həkimlərdən HƏYƏCAN TƏBİLİ

Məşhur bankda gözlənilməz istefa – Rəhbər postunu tərk etdi

Məşhur bankda gözlənilməz istefa – Rəhbər postunu tərk etdi

Ukrayna xarici könüllüləri orduya cəlb edir – YENİ PROQRAM TƏSDİQLƏNDİ

Ukrayna xarici könüllüləri orduya cəlb edir – YENİ PROQRAM TƏSDİQLƏNDİ

Trampdan İran rəhbərliyi ilə bağlı sərt açıqlama: Onların hamısı “ağıldan kəmdir” – VİDEO

Trampdan İran rəhbərliyi ilə bağlı sərt açıqlama: Onların hamısı “ağıldan kəmdir” – VİDEO

İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər – FOTO

İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər – FOTO

Rusiyanın dron hücumu: ABŞ şirkətinin Kiyevdəki anbarı yararsız hala düşdü

Rusiyanın dron hücumu: ABŞ şirkətinin Kiyevdəki anbarı yararsız hala düşdü

Lənkəranda velosipedçini maşın vurdu – FOTO

Lənkəranda velosipedçini maşın vurdu – FOTO

Sabah Bakı ətrafı ərazilərdə yağış yağacaq - PROQNOZ

Sabah Bakı ətrafı ərazilərdə yağış yağacaq - PROQNOZ

End of content

No more pages to load

RADİO